Əsas səhifə » Müdafiə sənayesində xarici asılılıq 20 faizə endirilib - Bayraktar

Müdafiə sənayesində xarici asılılıq 20 faizə endirilib - Bayraktar

BAKI, AzerVoice

Türkiyə müdafiə sənayesində xaricə asılılığını 80 faizdən 20 faizə endirib.

AzerVoice xəbər verir ki, TEKNOFEST KKTC-nin İdarə Heyətinin sədri Səlcuq Bayraktar festival çərçivəsində çıxış edərək, Türkiyənin müdafiə sənayesində böyük irəliləyişlərə imza atdığını və xarici asılılığını 80 faizdən 20 faizə endirdiyini bildirib. O qeyd edib ki, Avropa ölkələrinin çoxu hələ də bu sahədə 80 faizə qədər xarici asılı vəziyyətdədir.

Bayraktar və KADEM Mütevelli Heyətinin sədri Sümeyye Erdoğan Bayraktar TEKNOFEST-də stendləri ziyarət edib, texnoloji layihələrlə tanış olublar. Bayraktar festivalın ikinci gününün də böyük maraqla keçdiyini bildirib və texnologiyanın inkişafını "millətlər üçün varlıq məsələsi" adlandırıb.

O, həmçinin qeyd edib ki, TEKNOFEST-in Azərbaycandakı uğurlu təcrübəsi digər dost ölkələrdə də texnoloji inkişaf və milli ruhun yayılmasına töhfə verib. Növbəti TEKNOFEST-in İstanbulda keçiriləcəyini, sonrakı il üçün isə yerin hələ müəyyən olunmadığını bildirib.

Bayraktar çıxışının sonunda vurğulayıb ki, TEKNOFEST yalnız müdafiə sahəsini deyil, eyni zamanda mülki və innovativ texnologiyaların inkişafını da təşviq edən qlobal əhəmiyyətli bir platformaya çevrilib.

Digər Kateqoriyalar

2025 © Azervoice