Əsas səhifə » İranda motosiklet zavodunda yanğın baş verib

İranda motosiklet zavodunda yanğın baş verib

BAKI, AzerVoice

İranın şimal-şərqində, Məşhəd şəhərində yerləşən motosiklet istehsalı zavodunda güclü yanğın baş verib.

AzerVoice xəbər verir ki, bu barədə "Al Alam" telekanalı məlumat yayıb.

Məlumata əsasən, hadisə yerində qalın tüstü təbəqələri müşahidə olunur. Yanğının qarşısını almaq üçün yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub. Hazırda yanğının miqyası və səbəbləri barədə əlavə məlumat verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice