14
BAKI, AzerVoice
İsrailə hücum edənlər yeddiqat cavab zərbəsi ilə qarşılaşacaqlar.
AzerVoice xəbər verir ki, bu sözlər İsrailin müdafiə naziri İsrael Katsın açıqlamasında yer alıb.
O, bu açqılamanı Yəməndən atılan raketin Ben-Qurion hava limanı yaxınlığına düşməsindən sonra verib.
“Kim bizə zərbə endirərsə, yeddiqatlıq zərbə ilə üzləşəcək” - deyə, açıqlamada bildirilib.
Qeyd edək ki, İsrail ordusu sonuncu dəfə təxminən üç ay əvvəl Yəməndə husilərə məxsus hədəfləri vurmuşdu.