Əsas səhifə » Türkiyə enerji diplomatiyasında qlobal oyunçu olmağa hazırlaşır - Bayraktar

Türkiyə enerji diplomatiyasında qlobal oyunçu olmağa hazırlaşır - Bayraktar

BAKI, AzerVoice

Türkiyə nadir torpaq elementləri sahəsində qlobal oyunçu olmağa hazırlaşır.

AzerVoice xəbər verir ki, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin strateji mineralların emalı sahəsində qlobal aktora çevrilmək yolunda sürətlə irəlilədiyini bildirib.

Nazir Bayraktar bu fikirləri İstanbulda keçirilən Təbii Sərvətlər Sammitində səsləndirib. O, dünyada enerji sektorunda ciddi transformasiyanın baş verdiyini və bu dəyişiklik fonunda kritik mineralların əhəmiyyətinin artdığını qeyd edib. Bayraktar bu materialların təmiz enerji texnologiyaları, akkumulyator sistemləri, elektrikli nəqliyyat vasitələri və rəqəmsal sənaye üçün vacib olduğunu vurğulayıb.

“Artıq mədənçilik təkcə yeraltı sərvətlərin çıxarılması ilə məhdudlaşmır. Bu sahə iqtisadi təhlükəsizlik və regional təsirin formalaşmasında əsas rol oynayır” – deyə nazir əlavə edib. O, Türkiyənin bu prosesdə milli resursları milli şirkətlər vasitəsilə idarə etdiyini və qlobal bazarda güclənməyə davam etdiyini bildirib.

Bayraktar, Eti Maden və MTAIC-in bu sahədə önəmli rol oynadığını, bu qurumların təkcə hasilatla deyil, həm də məsuliyyətli mədənçilik və beynəlxalq əməkdaşlıqla məşğul olduqlarını deyib.

Qeyd edək ki, Türkiyənin nadir torpaq elementləri sahəsindəki strategiyası onun enerji və sənaye sahələrində qlobal miqyasda nüfuzunu artırmaq məqsədi daşıyır. Bu sahədə milli potensialın inkişaf etdirilməsi texnoloji müstəqillik və yeni beynəlxalq tərəfdaşlıqlar üçün imkanlar açır.

Digər Kateqoriyalar

2025 © Azervoice