Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav
kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevaya təqdim edib.
AzerVoice xəbər verir ki, Azərbaycanın
Birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub
saxlanmasına verdiyi töhfəyə görə Moskvanın və Bütün Rusiyanın
Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə
minnətdarlığını bildirdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün
Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.