94
Bakı. AzerVoice:
Dayandırılmalı olan terror dövləti İsraildir.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
"Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri və müdafiə nazirinin bəşəriyyətə qarşı cinayət törətdiyinə görə həbs edilməsi üçün order verilməsini tələb etməsi çox mühüm hadisə olmaqla yanaşı, cinayətkarlar dairəsinin daraldığını göstərir", - deyə o əlavə edib.
Qeyd edək ki, 20 may tarixində Beynəlxalq Cinayət Məhkəməsi İsrail Baş naziri Binyamin Netanyahunun və İsrailin müdafiə naziri Yoav Qallantın həbsinə order verib.