Əsas səhifə » Cənub sərhədindəki ordu sayını 10 minə çatdıracağıq - Livan Prezidenti

Cənub sərhədindəki ordu sayını 10 minə çatdıracağıq - Livan Prezidenti

BAKI, AzerVoice

Livanın prezidenti, general Cozef Aun bildirib ki, İsrailin nəzarətində qalan beş bölgədən qoşunlarını çıxardığı halda, ölkənin cənub sərhədindəki ordu sayı 10 min nəfərə qədər artırılacaq.

AzerVoice xəbər verir ki, bu barədə Aun Böyük Britaniyanın xarici işlər naziri Deyvid Lemmi ilə görüşündə deyib.

“Cənub bölgəsində yalnız Livan ordusu və BMT-nin sülhməramlı kontingentləri yerləşəcək” – deyə, o bildirib.

Aunun sözlərinə görə, Litani çayının cənubunda yerləşdiriləcək Livan əsgərlərinin sayı 10 minə çatdırılacaq.

Aunun X sosial şəbəkəsində verdiyi açıqlamasına əsasən, İsrail bölgədə təhlükəsizliyin və sabitliyin bərpa olunmasına əngəl törədir:

“İsrailin beş nöqtəni işğal altında saxlamaqda heç bir strateji mənası yoxdur, ələlxüsus da müasir hərbi texnologiyalar fonunda. Buna görə də biz Birləşmiş Krallıq və digər gücləri İsrailə təzyiq göstərməyə çağırırıq ki, o, qoşunlarını geri çəksin, Livana hücumları dayandırsın və BMT Təhlükəsizlik Şurasının 1 701 saylı qətnaməsinin bütün müddəalarına əməl etsin.”

Digər Kateqoriyalar

2025 © Azervoice