Əsas səhifə » Qardaş İran xalqının kədəri ilə həmrəyik - Çelik

Qardaş İran xalqının kədəri ilə həmrəyik - Çelik

Bakı. AzerVoice:

Qardaş İran xalqının kədəri ilə həmrəyik.

AzerVoice xəbər verir ki, bu barədə AK Partiya sədr müavini və partiya sözçüsü Ömer Çelik bildirib.

"İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və helikopterdə digər şəxslərin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  İran dövlətinə başsağlığı veririk və onların dərdi ilə həmrəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində doqquz nəfər həlak olub.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice