Əsas səhifə » İspaniya digər ölkələrlə birlikdə Fələstin dövlətini tanıyacaq

İspaniya digər ölkələrlə birlikdə Fələstin dövlətini tanıyacaq

Bakı. AzerVoice:

İspaniyadakı solçu koalisiya hökuməti Fələstin dövlətinin tanınması ilə bağlı dörd ölkə ilə eyni vaxtda ortaq qərar qəbul etməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes açıqlayıb.

Məlumata əsasən, İspaniyanın Malta, İrlandiya, Sloveniya və bu təşəbbüsü dəstəklədiyini bəyan edən Norveçlə birgə hərəkət edəcəyi gözlənilir. İspaniya və daha dörd ölkənin iştirakı ilə dünyada Fələstin dövlətini tanıyan ölkələrin sayının 145-ə yüksələcəyi təxmin edilir.

Qeyd edək ki, Hazırda Aİ-nin səkkiz üzvü Fələstin dövlətini tanıyır : Bolqarıstan, Polşa, Çexiya, Rumıniya, Slovakiya, Macarıstan, Cənubi Kipr Rum Administrasiyası və İsveç. 

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice