Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Müharibə Tarixi

    Yeniçəri–Sipahi qarşıdurması: Osmanlı sarayında alovlanan ilk qardaş qırğını

    28 İyun 2025 10:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    "Bre, qara it, niyə gəldin?!" – bu cümlə yalnız bir təhqir deyildi, eyni zamanda Osmanlı ordusunun içində baş qaldıran ikili ixtilafın fitilini yandıran simvolik bir ifadə idi.

    Osmanlı ordusunun özəyini təşkil edən qapıqulu əsgərlərinin ən güclü iki qolunu – yeniçərilər və sipahilər təşkil edirdi. Sipahilər hərçənd rütbə baxımından önəmli mövqe daşısalar da, yeniçərilər daha çox göz önündə və saraya yaxın idilər. Bu iki güc mərkəzinin arasında getdikcə artan gərginlik, yalnız fərdi qarşıdurmalara deyil, Osmanlı dövlətinin daxili güc balansına da ciddi təsir göstərdi.

    Saray əyləncəsində başlayan qəzəb

    1582-ci ildə Sultan III Muradın oğlu şahzadə Mehmed üçün keçirdiyi möhtəşəm sünnət şənlikləri, təkcə Osmanlı tarixinin deyil, bütün İslam aləminin şahid olduğu ən təntənəli bayramlardan biri idi. Şəhərin ürəyi At meydanında, nahıllar (şəkər ağacları), oyunlar, cambazlar, süni dağlar və mexaniki əjdahalarla bəzədilmiş möhtəşəm səhnə hazırlanmışdı. Hətta padşah da bu dəfə tədbirləri uzaqdan, İbrahim Paşa Sarayından seyr edirdi.

    Amma 40-cı günün gecəsində, əyləncələrin alovlandığı bir vaxtda, sipahilərlə yeniçərilər arasında qopan dava, imperatorluğun təməl sütunlarını sarsıtdı.

    Dava necə başladı?

    Havanın yumuşaq keçməsindən istifadə edən bəzi bekâr sipahilər otaqlarına fahişələr gətirmişdi. İstanbulun subaşısı Tanrıbilməz Ahmed Çavuş bir neçə yeniçəri ilə birlikdə bu otaqlara basqın etdi, qadınları çıxartdı və həbs etmək istədi. Lakin bu hərəkət sipahiləri qəzəbləndirdi – çünki onlar yalnız sipahi ağasının əmri ilə cəzalandırıla bilərdi.

    Bir an içində vəziyyət qızışdı. Sipahilər yeniçərilərə hücum çəkdi, qadınları geri aldı, subaşı Ahmed Çavuşu döyüb At meydanına – şənliklərin mərkəzinə – atdılar. Meydandakı yeniçərilər bunu təhqir sayaraq, sipahilərə hücum etdilər. Şənlik bir andaca qanlı münaqişəyə çevrildi.

    Meydanda döyüş: Qan, tapançalar və acı son

    Yeniçəri Ağası Ferhad Ağa vəziyyəti sakitləşdirmək üçün meydana daxil oldu, lakin əksinə, vəziyyət daha da pisləşdi. Yeniçərilər onun əmrini dinləməyib sipahilərə hücumlarını davam etdirdilər. Nəticədə iki sipahi yerində öldürüldü.

    Bütün bu xaosu İbrahim Paşa Sarayından seyr edən Vəziri-əzam Sinan Paşa meydana endi və Ferhad Ağanı sərt şəkildə danladı:

    “Bre, qara it, niyə gəldin? İki adamın ölümünə səbəb oldun! Yox ol buradan!”

    Bu sərt reaksiya ilə Ferhad Ağa və yeniçərilər meydana tərk etdilər və qarşıdurma sona çatdı.

    Yeniçəri narazılığı: Hədiyyələr niyə verilmədi?

    Dava bitmişdi, amma gərginlik səngiməmişdi. Ənənəyə görə hərbi qüvvələrə verilən "atiyyələr", yəni bayram hədiyyələrinin bu dəfə xəzinə çatışmazlığı bəhanəsi ilə verilməyəcəyi açıqlandı. Lakin günlərlə israf olunan sərvətləri görən yeniçərilər susmadı. Etirazlar o qədər gücləndi ki, sonda idarəçilər bu hədiyyələri verməyə məcbur oldular.

    Şənlik səssiz bitdi, güc balansı dəyişdi

    Hadisələrdən narazı qalan Sultan III Murad 52-ci gün şənlikləri tərk etdi və Topqapı Sarayına qayıtdı. Möhtəşəm başlamış bayram, dövlətin daxilində baş qaldıran ilk güc savaşına çevrildi.

    Ən əhəmiyyətli nəticə isə bu idi: Yeniçərilər və sipahilər ilk dəfə açıq şəkildə qarşı-qarşıya gəlmişdi. Sipahilər özlərini qalib kimi hiss etsələr də, dövlət adamları bir şeyi çox aydın anladı: Sipahilərə qarşı istifadə edilə biləcək ən təsirli güc – yeniçərilərdir.

    Sonrakı illərdə nə oldu?

    1595-ci ildə, III Mehmed dövründə sipahilər üsyan etdikdə, yeniçərilər silahlandırılaraq bu üsyanı yatırdılar. Bu hadisə yeniçərilərin ilk dəfə sipahilərə qarşı dövlət tərəfindən rəsmi güc kimi istifadə olunması idi.

    Bundan sonra dövlət içində güc balansı yeniçərilərin xeyrinə dəyişdi. Sipahilər isə artıq əvvəlki qədər rahat hərəkət edə bilmirdilər. 16-cı əsrdən sonra sarayda kim canını və vəzifəsini qorumaq istəyirdisə, yeniçəriləri öz tərəfinə çəkməyə çalışırdı.

    #Osmanlı dövləti tarixi #Osmanlı ordusunda üsyanlar #Osmanlı donanması #İstanbulun fəthində Osmanlı donanması #Osmanlı İmperiyası #Osmanlı memarlığı #Osmanlı mədəniyyəti #Osmanlı külliyələri #Osmanlı dövründə rəsədxana #Osmanlıda mədrəsələr #Sultan III Murad #Şahzadə Mehmedin sünnəti (1582) #İbrahim Paşa Sarayı #Tanrıbilməz Ahmed Çavuş #III Mehmed dövrü #dövlət içində güc savaşı #şənlikdə dava #qanlı bayram #hərbi narazılıq #əsgər etirazları #1595 sipahi üsyanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fatihin son səfəri hansı ölkə üzərinə idi?

    29 Noyabr 2025 14:50

    Fatih Sultan Mehmet kimləri məğlub etdi?

    16 Noyabr 2025 15:05

    Dünyanın ilk qaradərili döyüş pilotu: Əhməd Çelikten kimdir?

    15 Noyabr 2025 00:37

    Tarixdə bu gün –15 Noyabr

    15 Noyabr 2025 00:01

    Bu gün Osmanlı imperiyası cihad elan etdi

    14 Noyabr 2025 02:03

    Fatihin ən çox çəkindiyi hökmdar kim idi?

    9 Noyabr 2025 13:42

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    Ərəb miqrantları və ABŞ - Kök salan icmaların tarixi

    25 Oktyabr 2025 12:00

    Fatih Sultan Mehmedin Krımı fəthi

    24 Oktyabr 2025 12:00

    Bu gün Xristofor Kolumb səhvən Amerikanı kəşf etdi

    12 Oktyabr 2025 07:00

    Fateh Anadoluda hansı bölgələri fəth etdi?

    11 Oktyabr 2025 16:10

    Çadırdan qübbəyə - Türk memarlıq düşüncəsinin təkamülü

    8 Oktyabr 2025 01:00
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

    Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.