Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 5 il ötür

    4 Oktyabr 2025 00:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.

    AzerVoice xəbər verir ki, sentyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edilib.

    4 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb. Cəbrayıl şəhəri ilə birlikdə rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri düşməndən geri alınıb.

    Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

    Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib.

    2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən şanlı Vətən müharibəsində Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi.

    #Cəbrayıl #44 günlük Vətən müharibəsi #Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları #Cəbrayıl Şəhəri Günü #Karxulu #Şükürbəyli #Yuxarı Maralyan #Çərəkən #Cəbrayılın azad olunmasına görə medal
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır - Cavid Musayev

    18 Dekabr 2025 18:56

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    17 Dekabr 2025 19:08

    Ağalıda növbəti əmək yarmarkası keçirilib

    16 Dekabr 2025 20:05

    Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

    15 Dekabr 2025 09:18

    Hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirilib

    13 Dekabr 2025 11:58

    Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb: açarlar təqdim olunub

    5 Dekabr 2025 14:56

    Laçının işğaldan azad edilməsindən beş il ötür

    1 Dekabr 2025 09:44

    MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar

    29 Noyabr 2025 15:42

    Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

    27 Noyabr 2025 09:13

    Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb

    21 Noyabr 2025 14:26

    Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanları yola salınıb

    21 Noyabr 2025 09:10

    Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

    18 Noyabr 2025 09:16
    Demo
    XƏBƏR LENTİ

    Yeni pullar Suriyanın maliyyə gələcəyinə necə təsir edəcək?

    Bu gün Pol Pot Kambocanın adını Kampuçiya olaraq dəyişdi

    Tarixdə bu gün – 5 yanvar

    Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

    ABŞ-nin müdafiə məqsədləri üçün Qrenlandiyaya nəzarət etməsi lazımdır

    Altı milyon əhali, on səkkiz fərqli məzhəb – Bura Livandır

    "Real Madrid" böyükhesablı qələbə ilə sevinib

    "Sabah" legioner İqor Noqeyranı komandada saxlamaq istəyir

    Salman Kanalı: Hörmüzdən kənar geoiqtisadi inqilab

    İranda etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.