Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    SEPAH ABŞ və İsraili “səhv hesablamalardan” çəkinməyə çağırdı

    22 Yanvar 2026 18:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur ABŞ və İsrailə hər hansı “səhv hesablamalara” yol verməmələri barədə sərt xəbərdarlıq edib.

    AzerVoice xəbər verir ki, Məhəmməd Pakpur SEPAH-ın Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişlərini yerinə yetirməyə tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, İran silahlı qüvvələrinin hazırlıq səviyyəsi əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Komandan qeyd edib ki, “düşmən keçmişdən dərs çıxarmalıdır, əks halda daha ağrılı nəticələrlə üzləşə bilər”.

    Bundan əvvəl İran parlamentində Ali Rəhbər Əli Xameneiyə qarşı hər hansı hücumun “müharibə elanı” kimi qiymətləndiriləcəyi və belə bir halda “cihad” fətvasının verilə biləcəyi barədə bəyanatlar səsləndirilib. Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasına istinadən yayılan məlumatda bildirilib ki, Ali Rəhbərin hədəfə alınması din xadimlərinin cihad çağırışı etməsinə və dünyanın müxtəlif bölgələrindəki tərəfdarların buna cavab verməsinə səbəb ola bilər.

    Bu bəyanatlar beynəlxalq təzyiqlərin artdığı, eləcə də ölkə daxilində etiraz aksiyalarına qarşı təhlükəsizlik tədbirlərinin sərtləşdirildiyi bir dövrdə səsləndirilib. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Əli Xameneini ölkədə baş verən proseslərə görə məsuliyyət daşımaqda ittiham edərək, İranda yeni lider axtarmağın vaxtının çatdığını bildirmişdi.

    #SEPAH ABŞ və İsraili səhv addımlardan çəkindirdi #İran SEPAH-ından Vaşinqton və Tel-Əvivə xəbərdarlıq #Pakpur: SEPAH Ali Baş Komandanın əmrlərinə hazırdır #İran ordusu ABŞ və İsrailə sərt mesaj verdi #SEPAH-dan xəbərdarlıq: səhv hesablamalar ağır nəticələr doğura bilər #Tehran ABŞ və İsrailə qarşı mövqeyini sərtləşdirir #İran Devrim Muhafızları ABD ve İsrail’i uyardı #SEPAH’tan Washington ve Tel Aviv’e sert mesaj #İran ordusu olası yanlış hesaplamalara karşı uyardı #Pakpur: Devrim Muhafızları emirlere hazır #İran’dan ABD ve İsrail’e açık uyarı #SEPAH’tan gerilimi artıran açıklama
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Somalidən İsrailə sərt cavab: "Somalilend" qərarı ləğv ediləcək

    12 Fevral 2026 08:04

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    11 Fevral 2026 22:00

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    11 Fevral 2026 20:22

    Kanadada məktəbdə terror aktı baş verib

    11 Fevral 2026 09:29

    Misirdə kabinet islahatı: Prezident Sisi yeni hökumətin hədəflərini açıqlayıb

    10 Fevral 2026 16:57

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52
    XƏBƏR LENTİ

    Socar-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Mərkəzi Bankın notlarına investisiya marağı artıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.