Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail ABŞ-ın tələblərinə baxmayaraq Rəfah keçid məntəqəsini açmaqdan imtina etdi

    20 Yanvar 2026 09:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail rəhbərliyi ABŞ administrasiyasının çağırışlarına rəğmən, Qəzza zolağının Misir ilə sərhədində yerləşən Rəfah Sınır Qapısını qapalı saxlamaq qərarına gəlib.

    AzerVoice xəbər verir ki,"Yedioth Ahronot" qəzetinin yüksək rütbəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, bazar günü axşam saatlarında toplanan İsrail Təhlükəsizlik Kabineti sərhəd keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməməsi barədə yekdil qərar qəbul edib.

    İsrail rəsmisi bildirib ki, ABŞ-ın atəşkəsin ikinci mərhələsinə keçildiyini elan etməsinə baxmayaraq, Tel-Əviv administrasiyası strateji mövqeyini dəyişməyib. İsrail tərəfi daha əvvəl bəyan etmişdi ki, 7 oktyabr 2023-cü il döyüşlərində həlak olan hərbçi Ran Qvilinin cənazəsi təhvil verilmədən Rəfah keçid məntəqəsinin açılmasına icazə verilməyəcək. Qeyd edək ki, Qəzzanın İsrail xaricində dünyaya açılan yeganə qapısı olan bu məntəqə 2024-cü ilin may ayından bəri İsrail ordusunun işğalı altındadır.

    Xəbərdə həmçinin Vaşinqton və Tel-Əviv arasında idarəetmə ilə bağlı yaranan gərginliyə də toxunulub. İsrail rəsmisinin iddiasına görə, Qəzza İdarəetmə Şurasına Türkiyə və Qətərdən olan nümayəndələrin daxil edilməsi tərəflər arasında əvvəllər əldə olunmuş razılaşmada yer almayıb. Bu məqam ABŞ və İsrail arasında regional tərəfdaşlıq məsələsində yeni bir fikir ayrılığının yarandığını göstərir.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampın Qəzza planına İsrail hökuməti daxilindən sərt etiraz gəlib

    19 Yanvar 2026 16:26

    Suriya: dünəndən bu günə

    19 Yanvar 2026 15:24

    HƏMAS İsrail həbsxanalarındakı vəziyyəti insanlıq cinayəti adlandırıb

    19 Yanvar 2026 13:56

    Qazaxıstan Prezidenti Trampın Sülh Şurasına qoşulur

    19 Yanvar 2026 12:08

    Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

    19 Yanvar 2026 11:53

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzanı vurmağa davam edir

    19 Yanvar 2026 11:42

    Tramp Ərdoğanı Qəzza Sülh Şurasına təsisçi üzv kimi dəvət edib

    17 Yanvar 2026 15:50

    İsrailli nazir atəşkəsi pozmaqla və Qəzzada baş verən dağıntılarla öyündü

    17 Yanvar 2026 14:40

    Qəzzada 27 günlük körpə soyuqdan həlak olub

    17 Yanvar 2026 13:55

    Səudiyyə Ərəbistanı Qahirədə Fələstinə böyük yardım payı göndərib

    16 Yanvar 2026 17:25

    İsrail ordusunun atəşkəsə baxmayaraq açdığı atəş nəticəsində Qəzzada bir qadın həlak olub

    16 Yanvar 2026 12:00

    İsrail 95 günlük atəşkəs dövründə Qəzzada 1200-dən çox pozuntu törədib

    15 Yanvar 2026 17:36
    Demo
    XƏBƏR LENTİ

    Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

    BMT Sudanda 8 milyondan çox insanın kəskin aclıqla üz-üzə qaldığını açıqlayıb

    ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verdi

    Livan ordusunun rəhbəri Rodolf Haykal hərbi dəstək paketini müzakirə etmək üçün Vaşinqtona gedir

    Türkiyə XİN 20 Yanvar şəhidlərinin xatirəsini anıb

    Ceyhun Bayramov İrandakı vətəndaşlarımızın vəziyyətini açıqladı

    Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir

    “Mançester Yunayted” Ruben Neveş üçün “Əl-Hilal”a rəsmi təklif göndərdi

    Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarəti barədə sosial şəbəkə hesablarında videoçarx paylaşıb

    İsrail ABŞ-ın tələblərinə baxmayaraq Rəfah keçid məntəqəsini açmaqdan imtina etdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.