Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    PKK kürdlərin təhlükəsizliyinin təminatçısı ola bilməz - Suriya Prezidenti

    15 Yanvar 2026 20:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Suriya Prezidenti Əhməd əş-Şaraa ölkədə yaşayan kürdlərin təhlükəsizliyinin terror təşkilatı PKK ilə əlaqə qurmaq yolu ilə təmin edilə bilməyəcəyini bəyan edib.

    AzerVoice xəbər verir ki, Əhməd əş-Şara bu fikirləri Suriyanın dövlət televiziya kanalı olan “Əl-İxbariyə”yə verdiyi müsahibədə səsləndirib. Prezident bildirib ki, onilliklərdir Türkiyə ilə silahlı münaqişə yaşayan, xaricdən idarə olunan hərbi strukturun Suriyada təhlükəsizlik təminatçısı kimi təqdim edilməsi qəbuledilməzdir. Onun sözlərinə görə, Suriya öz ərazisində əlavə təhlükəsizlik problemi yaradacaq strukturlara yol verə bilməz.

    Əhməd əş-Şaraa vurğulayıb ki, keçmiş prezident Bəşər Əsəd rejiminin siyasətindən bütün Suriya xalqı, o cümlədən kürdlər əziyyət çəkib və əvvəlki hakimiyyətin süqutu kürdlərə qarşı tətbiq olunan zülmə verilmiş ilk real cavab olub. Prezident kürdlərin cəsarətini yüksək qiymətləndirərək, gələcəkdə Suriya ordusunda kürdlərin geniş şəkildə təmsil olunmasını istədiyini qeyd edib.

    Dövlət başçısı bildirib ki, kürd əhalinin təhlükəsizliyinin yeganə yolu onların dövlət institutlarına inteqrasiyasından keçir. O, təhlükəsizliyin Suriyadan kənarda yerləşən, region ölkələrinə hücumlar həyata keçirən, uşaqları silahlandıran və məcburi səfərbərlik aparan terror strukturları ilə əlaqə vasitəsilə təmin edilə bilməyəcəyini xüsusi vurğulayıb.

    Bu arada PKK terror təşkilatının Hələb vilayətinin şərqində yerləşən Deyr-Hafir bölgəsində mülki əhalinin ərazini tərk etməsinə mane olduğu bildirilir. Suriya ordusu bölgəyə genişmiqyaslı qüvvə köçürüb və humanitar dəhlizin açıldığını elan etsə də, silahlı qruplaşmanın silah tətbiq etməklə mülki şəxslərin çıxışına mane olduğu qeyd olunur. Rəsmi mənbələr ordunun əsas məqsədinin mülki əhalinin təhlükəsiz şəkildə təxliyəsini təmin etmək olduğunu açıqlayıb.

    #Suriya Prezidenti: PKK kürdlərin təhlükəsizliyini təmin edə bilməz #Əhməd əş-Şara: Kürdlərin təhlükəsizliyi inteqrasiyadan keçir #Suriya liderindən PKK ilə bağlı sərt mövqe #Prezident: Kürdlər dövlət strukturlarında yer almalıdır #Suriya ordusu PKK-nın nəzarətində olan bölgədə humanitar dəhliz açdı #Dəməşqdən açıqlama: PKK təhlükəsizlik təminatçısı deyil #Suriye Cumhurbaşkanı: PKK Kürtlerin güvenliğini sağlayamaz #Ahmed eş-Şara: Kürtlerin yolu devlet entegrasyonudur #PKK’ya sert mesaj: Güvenlik silahlı örgütle olmaz #Suriye liderinden Kürtler ve PKK açıklaması #PKK’nın kontrolündeki bölgede insani koridor #Şam yönetimi PKK’yı güvenlik tehdidi olarak görüyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Kuneytrada reydlər keçirib – Dəməşq 1974-cü il sazişinin pozulduğunu bildirir

    18 Fevral 2026 12:37

    İsrailli nazir Qərb Sahildə fələstinlilərin köçünü təşviq etməyə çağırıb

    18 Fevral 2026 11:19

    Mədinədə "Hicrət: Peyğəmbərin izi ilə" sərgisinin açılışı olub

    18 Fevral 2026 04:00

    Qəzza aclıq və bahalıq fonunda üçüncü Ramazana daxil olur

    17 Fevral 2026 22:13

    Kral Salman dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik edib

    17 Fevral 2026 21:26

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib

    17 Fevral 2026 16:29

    Suriyada mina partlayışı: jurnalist də daxil olmaqla 3 nəfər yaralandı

    17 Fevral 2026 15:56

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    17 Fevral 2026 12:54

    Səudiyyə, Türkiyə və Misirdən birgə bəyanat: İsrail beynəlxalq hüququ pozur

    17 Fevral 2026 12:32

    Qətərli sahibkarlar Suriyada yenidənqurma layihələrinə start verdi

    17 Fevral 2026 09:22

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    16 Fevral 2026 21:35
    XƏBƏR LENTİ

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İnşaat Kollecinə yeni direktor təyin olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.