Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

    16 Yanvar 2026 21:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM Azərbaycanı Davosda keçiriləcək nüfuzlu qlobal platformada təmsil edəcək.

    AzerVoice xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi 19–23 yanvar 2026-cı il tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında iştirak edəcək. İllik Toplantının əsas məqsədi qlobal dialoq vasitəsilə iqtisadi inkişafın sürətləndirilməsi, enerji keçidinin təşviqi, rəqəmsal transformasiyanın genişləndirilməsi və uzunmüddətli dayanıqlılıq üzrə birgə həllərin formalaşdırılmasıdır.

    Bildirilib ki, 4SİM Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycandakı rəsmi mərkəzi olmaqla MDB regionunda ilk, dünya üzrə isə 24 belə mərkəzdən biridir. Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində süni intellekt, rəqəmsal iqtisadiyyat, Sənaye 4.0 və enerji transformasiyası sahələrini əhatə edən 15-dən çox birgə təşəbbüs həyata keçirilir.

    Forum çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: süni intellekt əsaslı sənaye” mövzusunda xüsusi sessiya təşkil olunacaq. Sessiyada enerji sektorunda süni intellekt və rəqəmsal texnologiyaların sənaye miqyasında tətbiqi, əməliyyat səmərəliliyinin artırılması və aşağı karbonlu keçidin sürətləndirilməsi məsələləri müzakirə ediləcək.

    Məlumata görə, 4SİM-in icraçı direktoru Fariz Cəfərov Davosda Estoniya hökuməti tərəfindən təşkil olunan “Govtech-in geniş miqyasda tətbiqi: keçmişi sadəcə rəqəmsallaşdırmaq deyil, süni intellekt dövrünü idarə etmək” və “Prosperity Path” şirkəti tərəfindən təşkil olunan “Enerji sistemlərinin transformasiyası: süni intellekt, data mərkəzləri və enerji saxlanma həlləri” adlı sessiyalarda spiker qismində çıxış edəcək.

    Qeyd olunub ki, Davos Forumu bu il 130 ölkədən 3000-dən çox iştirakçını, o cümlədən 60 dövlət və hökumət başçısını, 900-dən çox şirkət rəhbərini, 1600 biznes liderini, eləcə də beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nümayəndələrini bir araya gətirəcək. Forum çərçivəsində ümumilikdə 194 sessiyanın keçirilməsi nəzərdə tutulur.

    Vurğulanıb ki, 4SİM Dünya İqtisadi Forumunun beş əsas mərkəzi ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq nəticəsində Forumun rəsmi platformalarında 5 birgə hesabat dərc olunub, həmçinin 10-dan çox birgə beynəlxalq tədbir təşkil edilib.

    #4SİM Davosda Dünya İqtisadi Forumunda təmsil olunacaq #Azərbaycan 4SİM vasitəsilə Davos Forumunda iştirak edəcək #4SİM enerji və rəqəmsal transformasiya gündəmi ilə Davosda #Fariz Cəfərov Davos Forumunda spiker kimi çıxış edəcək #4SİM Dünya İqtisadi Forumunun əsas sessiyalarında yer alacaq #Davosda Azərbaycanın Sənaye 4.0 təşəbbüsləri təqdim olunacaq #4SİM Davos’taki Dünya Ekonomik Forumu’nda yer alacak #Azerbaycan Davos Forumu’nda 4SİM ile temsil edilecek #4SİM enerji dönüşümü gündemiyle Davos’ta #Fariz Ceferov Davos’ta konuşmacı olacak #4SİM yapay zeka ve dijital dönüşümü Davos’ta ele alacak #Azerbaycan Davos Forumu’nda Sanayi 4.0 vizyonunu sunacak
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əli Kərimli iyul hadisələrində AZTV-ni ələ keçirməklə bağlı tapşırıq verib – DTX

    12 Fevral 2026 14:17

    DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı

    12 Fevral 2026 13:27

    Bolqarıstanda “Şuşa” parkı salınacaq – Saziş imzalandı

    12 Fevral 2026 09:49

    Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb

    11 Fevral 2026 23:32

    ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir

    11 Fevral 2026 22:50

    Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

    11 Fevral 2026 21:24

    Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını ayrı-seçkiliyə yol verməməyə və qayıdış hüququna dəstək verməyə çağırır

    11 Fevral 2026 17:31

    Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşüb

    11 Fevral 2026 16:41

    Azərbaycan və Çin metrologiya sahəsində əməkdaşlıq edəcək

    11 Fevral 2026 13:14

    İran rejimi və nüvə təhlükəsi: regional gərginlikdə yeni mərhələ

    11 Fevral 2026 12:59

    Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni direktor təyin olunub

    11 Fevral 2026 09:45

    4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

    23 Yanvar 2026 10:19
    XƏBƏR LENTİ

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.