BAKI, AzerVoice, Nailə Babazadə
Fələstindəki qətliama “dayan” demək üçün Yeni ilin ilk günündə Qalata körpüsündə təşkil olunan aksiyada təxminən 520 min nəfər iştirak edib.
AzerVoice xəbər verir ki, Türkiyə Gənclik Vəqfi (TÜGVA) öncülüyündə, İnsanlıq İttifaqı və Milli İradə Platforması çətiri altında “Sinmirik, susmuruq, Fələstini unutmuruq” şüarı ilə keçirilən aksiya üçün Ayasofya-i Kəbir Cami-i Şərifi, Sultanahmet məscidi, Eminönündəki Yeni Məscid, eləcə də Fatih və Süleymaniyə məscidlərinin qarşısında toplaşan insanlar şüarlar və təkbirlər səsləndirərək Qalata körpüsündə bir araya gəliblər.
Nazirlərin, QHT nümayəndələrinin və öncül şəxslərin çıxış etdiyi ərazidə bəzi iştirakçılar soyuq havaya baxmayaraq uşaqları ilə birlikdə aksiyaya qatılıblar.
Ərazidə polis əməkdaşları tərəfindən edilən elanla aksiyada 520 min nəfərin iştirak etdiyi bildirilib.
Davam edən proqram çərçivəsində qurulan tribunadan fələstinlilər üçün dualar oxunur.