Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Netanyahunun etdikləri cavabsız qalmayacaq - Ərdoğan

    2 Yanvar 2026 16:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Ərdoğan yeni ilin ilk günündə Fələstindəki qırğınlara etiraz məqsədilə Qalata körpüsündə keçirilən mitinqə toxunaraq bildirib ki, bu tədbir Fələstinin tək olmadığını göstərib.

    AzerVoice xəbər verir ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

    “Yeni ilə daxil olarkən Qalata körpüsündə tarixi bir ana birlikdə şahidlik etdik. Bu onu göstərir ki, Fələstin tək deyil. Fələstin hər zaman bizim canımız-ciyərimizdir və İsrailin bu düşmənçiliyi cavabsız qalmayacaq”. - deyə Ərdoğan qeyd edib.

    Türkiyənin Qəzza və Fələstini heç vaxt tək buraxmadığını vurğulayan Prezident deyib ki, bundan sonra da Ankara İslam dünyası ilə birlikdə Fələstin xalqının yanında olacaq.

    “Bundan sonra nə Qəzza, nə də Fələstin tək qalacaq. Türkiyə olaraq, İslam dünyası olaraq Fələstin və Qəzzənin yanında duraraq güc birliyimizi davam etdirəcəyik. 2026-cı ilə daha güclü şəkildə daxil oluruq. Xüsusilə Netanyahunun etdikləri cavabsız qalmayacaq. O, 7-dən 70-ə qədər çoxlu məzlumun ahını alıb. Bu körpələrin ahı onun yanına qalmayacaq”, – deyə Ərdoğan bildirib.

    O, televiziya ekranlarında çadır şəraitində, külək, yağış və palçıq içində yaşayan uşaqların görüntülərinə diqqət çəkərək bu vəziyyətin cavabsız qalmayacağını vurğulayıb.

    Prezident Ərdoğan Türkiyənin humanitar yardım göstərmək istədiyini, lakin buna icazə verilmədiyini də qeyd edib:
    “Biz konteyner göndərmək istəyirik, amma icazə verilmir. Əlimizdə konteynerlər var. Onlarla fələstinli və qazəli qardaşlarımızı çadırlarda yaşamaqdan xilas edə bilərdik, lakin buna imkan verilmir. Amma gec-tez, inşallah, o məzlumları bu çətinlikdən xilas edəcəyik”.

    #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ və İsrail Qəzza üzrə atəşkəsin ikinci mərhələsi barədə razılığa gəldi

    2 Yanvar 2026 10:38

    İsrail Baş Qərargah rəisi: 2026-cı il İsrailin təhlükəsizliyi üçün “həlledici il” olacaq

    1 Yanvar 2026 16:44

    İstanbulda keçirilən Fələstin yürüşündə təxminən 520 min insan iştirak edib

    1 Yanvar 2026 12:13

    Ərdoğan, Somali Prezidentini qəbul edib

    30 Dekabr 2025 17:51

    Tramp Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etməyəcəyini bildirib

    30 Dekabr 2025 09:25

    Netanyahu Trampla Qəzza atəşkəsinin ikinci mərhələsini müzakirə edəcək

    29 Dekabr 2025 10:53

    Netanyahu ABŞ-dən Qəzzada yeni bir əməliyyat üçün dəstək istəyə bilər - KİV

    28 Dekabr 2025 18:33

    Qəzzada İsrailin atəşkəsi 969 dəfə pozması qeydə alınıb

    28 Dekabr 2025 16:45

    Netanyahu Yeni İli ABŞ-də keçirəcək

    27 Dekabr 2025 22:15

    İtaliyada HƏMAS üçün milyonlarla avro toplayan 7 nəfər həbs edilib

    27 Dekabr 2025 16:59

    Misir İsraili Qəzzadakı atəşkəsi pozmaqda ittiham edir

    26 Dekabr 2025 16:48

    Almaniya Qəzza üçün planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrində iştirak etməyəcək

    26 Dekabr 2025 14:22
    Demo
    XƏBƏR LENTİ

    Cem Yılmaz: Modern Molla Nəsrəddin fenomeni

    İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

    Netanyahunun etdikləri cavabsız qalmayacaq - Ərdoğan

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vayra Vike-Freyberqaya başsağlığı veriblər

    Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə tam dəstək göstərib - Hikmət Hacıyev

    Keçən ilin noyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracı 8 milyard dolları keçib (ÖZƏL)

    Qambiya sahillərində miqrant qayığı aşıb, ölənlər var

    Səudiyyə Ərəbistanı Yəmənə hava hücumları həyata keçirib

    Türkiyədə İŞİD əməliyyatı: Yalovada 26 şübhəli həbs olundu

    Keçən ilin noyabr ayında Türkiyənin Xarici Ticarət Dövriyyəsi 53 milyard dollara çatıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.