Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ və İsrail Qəzza üzrə atəşkəsin ikinci mərhələsi barədə razılığa gəldi

    2 Yanvar 2026 10:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İsrail mətbuatı İsrail və ABŞ-nin Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidlə bağlı razılıq əldə etdiyini iddia edib.

    AzerVoice xəbər verir ki, sözügedən anlaşma Tel-Əvivin prosesi ləngitməsi səbəbindən son dövrlərdə yaranmış tıxanıqlığın aradan qaldırılması kimi qiymətləndirilir.

    Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı razılaşmanın ikinci mərhələsinə keçidi nəzərdə tutan ABŞ administrasiyası ilə əldə olunan razılaşmalardan sonra Tel-Əvivə qayıdıb.

    İkinci mərhələ çərçivəsində İsrailin yaxın vaxtlarda Rəfah Sərhəd Keçid Məntəqəsini açmağa hazırlaşması və Qəzza zolağının cənubundakı Rəfah bölgəsində, nə HƏMAS-ın, nə də İsrail ordusunun yerləşməyəcəyi yeni şəhərin salınması ilə bağlı hazırlıqların davam etdirilməsi nəzərdə tutulur.

    Mənbələr həmçinin bu mərhələdə İsrail tərəfində müəyyən güzəştlərə getmək və kompromis axtarışları istiqamətində meyl müşahidə olunduğunu bildiriblər.

    Əvvəl nə baş vermişdi?

    Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi 10 oktyabrda qüvvəyə minib. Lakin İsrail Qəzzada bir əsgərinin əsir saxlanıldığını iddia edərək razılaşmanın bəzi bəndlərini pozub və ikinci mərhələyə keçidi gecikdirib.

    Qeyd edək ki, razılaşma 8 oktyabr 2023-cü ildən başlayan və təxminən 71 min fələstinlinin həlak olmasına, 171 mindən çox insanın yaralanmasına səbəb olan İsrail hücumlarının dayandırılmasını hədəfləyirdi. Buna baxmayaraq, İsrail Qəzza zolağına qarşı blokada və hərbi pozuntuları davam etdirir.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #ABŞ #Tel-Əviv #Donald Tramp #Vaşinqton #Qəzza hücumu #ABŞ və İsrail
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56
    XƏBƏR LENTİ

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı

    Türkiyə limanları ilə 2 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.