BAKI,AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.
Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Keçən ilin dekabr ayında Türkiyə 285 milyon 110 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 15,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 2 milyard 838 milyon 524 min dollar məbləğində xalça ixrac edib.
