Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Hakan Fidan Ukrayna ilə bağlı Parisdə keçiriləcək liderlər zirvəsində iştirak edəcək

    5 Yanvar 2026 15:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə sabah Parisdə təşkil olunacaq Ukrayna mövzulu Könüllülər Koalisiyası Liderlər Zirvəsində iştirak edəcək.

    AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, Hakan Fidan zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

    Zirvədə Ukraynada sülhün təmin olunması məqsədilə aparılan danışıqlar, mövcud sülh planı layihələrinin son durumu, eləcə də Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərində Könüllülər Koalisiyasının oynaya biləcəyi rolun müzakirə olunması nəzərdə tutulur.

    Nazir Fidanın zirvə zamanı Prezident Ərdoğanın ortaya qoyduğu baxış çərçivəsində Türkiyənin Rusiya–Ukrayna müharibəsində nəticəyönümlü diplomatik addımlarla sülh yolu ilə həllin tərəfdarı olduğunu vurğulaması gözlənilir. O, həmçinin 2025-ci ildə İstanbulun tərəflər arasında üç raund danışıqlara ev sahibliyi etdiyini, bu görüşlər nəticəsində xüsusilə əsir mübadiləsi də daxil olmaqla humanitar sahədə konkret nəticələrin əldə olunduğunu diqqətə çatdıracaq.

    Fidanın Türkiyənin gələcək mərhələdə də tərəflər arasında keçirilə biləcək birbaşa danışıqlara ev sahibliyi etməyə hazır olduğunu yenidən bəyan etməsi, Ankaranın Qara dənizdə sabitliyin qorunmasını strateji prioritet hesab etdiyini və bu mövqeyini bütün tərəflərə xatırlatdığına diqqət çəkməsi də gözlənilir.

    #Hakan Fidan #Emmanuel Makron #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiya Ukrayna danışıqları #Ukrayna–Rusiya əsir mübadiləsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    16 Fevral 2026 15:24

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Azərbaycan və Türkiyə ikitərəfli müttəfiqlik münasibətlərini müzakirə ediblər

    8 Fevral 2026 16:40

    Bəhreyn və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb

    7 Fevral 2026 11:33

    Hakan Fidan və Qətər Baş naziri arasında regional məsələlər müzakirə olunub

    6 Fevral 2026 14:11

    Danışıqlarda ciddi irəliləyiş əldə olunub - Kiyev

    6 Fevral 2026 09:47

    Aİ rəsmisi Marta Kos Türkiyəyə rəsmi səfər edəcək

    5 Fevral 2026 14:34

    Rusiya Kiyev və Xarkovu raket və PUA-larla vurdu - Ukrayna

    5 Fevral 2026 12:51

    Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir

    5 Fevral 2026 09:39

    Paris Livan ordusuna dəstək üçün genişmiqyaslı konfransa hazırlaşır

    3 Fevral 2026 11:20

    Epşteyn işində Makronun da adı hallanıb

    2 Fevral 2026 09:27
    XƏBƏR LENTİ

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    İran hərbi təlimlər fonunda Hörmüz boğazının bir hissəsini müvəqqəti bağlayacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.