BAKI,AzerVoice, Orxan Qədirzadə
Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Cassim Al-Tani Riyadda Səudiyyə -Qətər Əməkdaşlıq Şurasının İcra Komitəsinin iclasına həmsədrlik ediblər.
AzerVoice-un məlumatına görə, cümə axşamı keçirilən görüşdə iki ölkə arasında münasibətlər, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Tərəflər əlaqələrin daha geniş perspektivlərə çıxmasına imkan verəcək təşəbbüslərin icrası barədə fikir mübadiləsi aparıblar.
Bildirilib ki, tərəflər Şura çərçivəsində fəaliyyət göstərən komitələr arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər.
İcra Komitəsinin Katibliyi ötən dövr ərzində Şuranın fəaliyyəti, komitələrin işi və səkkizinci iclasın hazırlıq prosesi barədə icmal təqdim edib.
İclasın sonunda nazirlər İcra Komitəsinin protokol sənədini imzalayıblar.