Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    4 Dekabr 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general-polkovnik Aleksus Qrinkeviç Türkiyənin Alyans üçün strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, təşkilatın ən bacarıqlı hərbi liderlərindən bəziləri məhz Türkiyə hərbiçiləridir.

    AzerVoice xəbər verir ki, general bu fikirləri Belçikanın Mons şəhərində yerləşən NATO-nun SHAPE qərargahında “Anadolu” agentliyinə müsahibəsi zamanı səsləndirib. Onun sözlərinə görə, NATO və Avropa İttifaqı arasında əməkdaşlıq sabit şəkildə davam edir və Alyans birgə güclərin daha səmərəli koordinasiyasına çalışır.

    Qrinkeviç qeyd edib ki, NATO-nun hərbi komandanlıq strukturu aydın və funksionaldır, ittifaq isə Aİ ilə əməkdaşlıq çərçivəsində zəruri texnoloji imkanlar barədə tövsiyələr verir.

    General bildirib ki, Alyansda yüksək etimad qazanan rəhbərlər arasında türkiyəli komandirlərin xüsusi yeri var. O, hazırda Kosovodakı NATO qüvvələrinin komandanının fəaliyyətinə böyük etimad göstərildiyini vurğulayıb.

    Qrinkeviçin sözlərinə görə, Avropada hibrid hücumların sayı artır və bu prosesin davam edəcəyi istisna olunmur. O deyib ki, bəzi hücumlar təsadüfi xarakter daşısa da, digərləri məqsədli şəkildə həyata keçirilir.

    “Bu fəaliyyətlərin bir hissəsinin arxasında Rusiyanın dayandığı məlumdur. Cəmiyyət də bunun fərqində olmalıdır.”- o, deyib.

    General bildirib ki, vəziyyət NATO üçün idarəolunandır və bu təhdidlər Alyansın birlik və konsolidasiyasını zəiflətmir.

    O bildirib ki, NATO hibrid hücumlara qarşı daha fəal tədbirlər görməyi müzakirə edir, lakin hər zaman müdafiə xarakterli ittifaq olaraq qalacaq.

    Rusiyanın mümkün aqressiyası barədə suala cavab verən Qrinkeviç “Rusiya bizi hər gün sınağa çəkir. Məncə, biz bu çağırışlarla hər gün üz-üzəyik.”-deyə bildirib.

    General əlavə edib ki, hazırda ən böyük risk NATO-ya qarşı olan qüvvələrin sıx əməkdaşlığından qaynaqlanır. Onun sözlərinə görə, Çin Rusiyanın Ukraynadakı müharibəsini maliyyələşdirir, Şimali Koreya canlı qüvvə və avadanlıq göndərir, İran isə texnologiya və hərbi vasitələr təmin edir.

    #NATO komandanı: Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir #SACEUR: Türkiyənin hərbi gücü NATO-nun əsas dayaqlarındandır #NATO: Alyansın ən yaxşı liderləri Türkiyədən çıxır #NATO komandanı Avropadakı hibrid təhdidləri və Türkiyənin rolunu şərh etdi #NATO-dan yüksək qiymət: Türkiyə Avropanın təhlükəsizliyinə böyük töhfə verir #NATO Supreme Commander: Turkey is an exceptionally important ally #SACEUR praises Turkey’s military strength and key leadership role in NATO #NATO: Some of the Alliance’s best commanders come from Turkey #NATO commander warns of hybrid threats #highlights Turkey’s contribution #Turkey plays crucial role in European security #NATO general says
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    4 Dekabr 2025 22:00

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    4 Dekabr 2025 21:38

    Türkiyənin yeni pilotsuz sistem sınağı uğurla başa çatıb

    4 Dekabr 2025 16:32

    Türk Silahlı Qüvvələri hər cür təhlükəni dəf edəcək güc və iradəyə malikdir - Türkiyə MN

    4 Dekabr 2025 13:27

    Türkiyə 2026-cı ildə üç beynəlxalq zirvəyə ev sahibliyi edəcək

    4 Dekabr 2025 12:26

    Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək - Səlahiyyətli nümayəndə

    3 Dekabr 2025 22:33

    Avropada qurulacaq sülh yeni təhlükəsizlik sistemini formalaşdıracaq - Fidan

    3 Dekabr 2025 21:39

    Ərdoğan və Finlandiya Prezidenti Stubb telefon danışığı aparıb

    3 Dekabr 2025 21:11

    Türkiyədə 30 ay sonra aylıq inflyasiya 1 faizdən aşağı düşüb

    3 Dekabr 2025 20:00

    Hakan Fidan ATƏT XİN Şurasının Vyana toplantısında iştirak edəcək

    3 Dekabr 2025 18:42

    Hakan Fidan və NATO Baş katibi Ukrayna müharibəsi və Qara Dənizin təhlükəsizliyini müzakirə edib

    3 Dekabr 2025 13:58

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52
    Demo
    XƏBƏR LENTİ

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Almaniya Kansleri Prezident İlham Əliyevə zəng edib

    İsraildə beyin axını başladı — Dövlət təməlindən sarsılır

    Qubada Qərbi Azərbaycan İcması ilə Mediasiya Təşkilatı və Vətən Naminə İB arasında əməkdaşlıq memorandumu imzalanıb

    Azərbaycan və Mərakeş arasında məşğulluq sahəsində əməkdaşlıq genişlənir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.