Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Beynəlxalq təşkilatlar İsraildən yardımın girişinə icazə tələb edir

    18 Noyabr 2025 10:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Beynəlxalq yardım təşkilatları, Qəzzada ilk güclü qış yağışlarının təsirini göstərməsindən sonra İsrailə daha çox çadır və təcili humanitar yardımın daxil olmasına icazə verilməsini tələb edib. Təşkilatlar bildirirlər ki, dörddə bir milyondan çox ailə təcili sığınacaq dəstəyinə ehtiyac duyur.

    AzerVoice xəbər verir ki, hücumlar ikinci ilinə daxil olur, əhali əksəriyyətlə məcburi köçkün vəziyyətindədir və Qəzza xalqının çoxu çadırlarda yaşayır. Cümə günü başlayan qış fırtınasından sonra yaranan daşqın, tullantı suları ilə qarışmış yağış suları səbəbindən ciddi epidemik risk yaradıb.

    Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Qəzza üzrə binaların 80 faizdən çoxu, Qəzza şəhərində isə 92 faizi dağılıb.

    Norveç Qaçqın Şurasına görə, təxminən 260 min Fələstinli ailə, yəni 1,5 milyon insan, qışı sağ-salamat keçirmək üçün əsas sığınacaq avadanlıqlarına ehtiyac duyur. ABŞ vasitəçiliyində əldə edilən atəşkəsdən bəri Qəzzaya yalnız 19 min çadır daxil ola bilib, yardım təşkilatlarının aldığı 44 min palet çadır və digər avadanlıq isə Misir, İordaniya və İsraildə saxlanılır.

    Egeland yardımın bloklanmasını “bürokratik, hərbi və siyasi bataqlıq” adlandırıb.

    İsrail mart ayında təhlükəsizlik səbəbindən yeni qeydiyyat sistemi tətbiq edib və yardım təşkilatlarından fələstinli işçilərinin siyahısını tələb edib. Lakin təşkilatlar donor ölkələrdəki məlumat qoruma qanunlarının bu məlumatların paylaşılmasına mane olduğunu bildirir. Çadır dirəkləri daxil bir çox element “ikiqat istifadə” sayıldığı üçün giriş qadağası tətbiq olunub.

    İsrail Müdafiə Nazirliyinə bağlı Cogat qurumu BBC-yə açıqlayıb ki, son aylarda “190 min çadır və branda” göndərilib və hər gün yüzlərlə yardım yük maşınının daxil olması koordinasiya edilir.

    Qəzzada bir çox çadırın talan edildiyi və qara bazarda satıldığı bildirilib. Atəşkəsdən əvvəl təxminən 2 min 700 dollar (2 min 330 avro) olan qiymətlər son vaxtlarda 900- min dollar aralığına düşüb.

    #Qəzza #Qəzza zolağı #humanitar yardım #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzza sakinlərinin köçü #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57
    XƏBƏR LENTİ

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.