Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Maduro ilə görüşməyə hazıram – problemləri asan və ya çətin yolla həll edərik - Tramp

    26 Noyabr 2025 09:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp, Venesuela Prezidenti Nikolas Maduro ilə görüşmək ehtimalına açıq olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, Tramp bu barədə Şükran Günü tətili üçün Vaşinqtondan Florida ştatına yola düşərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

    Prezident Tramp, ABŞ–Venesuela münasibətlərindəki gərginliyə görə bir daha Maduro hökumətini günahlandırsa da, dialoqa hələ də açıq olduğunu vurğulayıb. O, ABŞ-ın Venesueladakı bir təşkilatı “xarici terror təşkilatları” siyahısına salması və həmin qurumun başında Maduro-nun olduğu iddialarına toxunan jurnalistin “Niyə hələ də onunla görüşmək istəyirsiniz?” sualına belə cavab verib:

    “Əgər bəzi həyatları xilas edə bilsək, işləri asan yolla həll edə bilsək, bu əla olar. Əgər çətin yolla həll etməli olsaq, bu da problem deyil.”

    Tramp görüşün məqsədinə dair sualı isə: “Bu məqsədin nə olduğunu yəqin ki, bilirsiniz”, – deyə cavablandırıb və əsas hədəfin Venesuela ilə bağlı mövcud problemləri aradan qaldırmaq olduğunu qeyd edib.

    ABŞ administrasiyası daha əvvəl Maduro və yüksək rütbəli venesuelalı rəsmilərin rəhbərlik etdiyini iddia etdiyi “Cartel de los Soles” cinayət təşkilatını Xarici Terror Təşkilatları siyahısına daxil etmişdi. Venesuela rəhbərliyi isə bu addımı ölkəyə müdaxilə üçün bəhanə kimi qiymətləndirmişdi.

    Bundan əvvəl ABŞ-ın “narkotik qaçaqmalçılığı ilə mübarizə” adı altında dünyanın ən böyük təyyarədaşıyan gəmisi USS Gerald R. Ford və ona bağlı hücum qrupunu Latın Amerikası bölgəsinə göndərdiyi bildirilmişdi. Venesuela Prezidenti Maduro isə buna cavab olaraq ölkədə 4,5 milyonluq milis qüvvəsinin səfərbər edildiyini və mümkün hücuma qarşı hazır olduqlarını açıqlamışdı.

    #Donald Tramp #Venesuela #Nikolas Maduro #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #Trampın Yaxın Şərq siyasəti #Trampın Avropa siyasəti #Nikolas Maduro çıxışı #Venesuela–ABŞ gərginliyi #Nikolas Maduro ABŞ münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    ABŞ-da Rümeysa Öztürkün deportasiya prosesi dayandırılıb

    10 Fevral 2026 10:27
    XƏBƏR LENTİ

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    Prezident İlham Əliyev: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.