Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail Qəzzədə atəşkəsi dəfələrlə pozub- Fələstin

    1 Noyabr 2025 15:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Riyad Mənsur İsrailin Qəzza zolağındakı atəşkəs razılaşmasını dəfələrlə pozduğunu bildirərək, razılaşmanın “son dərəcə kövrək” vəziyyətdə olduğunu vurğulayıb.

    AzerVoice xəbər verir ki, Fələstinin rəsmi WAFA agentliyinin xəbərinə görə, Mənsur İsrailin Qəzzədə fələstinlilərə qarşı 700 gündən artıq davam edən hücumları ilə bağlı BMT baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının sədrinə və BMT Baş Assambleyasının sədri Annalena Baerbocka məktublar göndərib.

    Mənsur məktubunda qeyd edib ki, Qəzza zolağında atəşkəs “işğalçı İsrail qüvvələrinin ciddi və təkrarlanan pozuntularına” məruz qalır. Onun sözlərinə görə, son üç həftə ərzində İsrail ordusu atəşkəsi yüzlərlə dəfə pozub, nəticədə aralarında qadın və uşaqların da olduğu 211 fələstinli həyatını itirib, infrastruktur isə geniş miqyasda dağıdılıb.

    Fələstin nümayəndəsi beynəlxalq ictimaiyyəti “Fələstin xalqının əzablarını azaltmaq, bərpa və yenidənqurma prosesini asanlaşdırmaq və İsrailin Qəzzədən tamamilə çıxmasını sürətləndirmək” üçün atəşkəsin pozulmasını dərhal dayandırmağa və onun davamlı icrasını təmin etməyə çağırıb.

    Mənsur bildirib ki, atəşkəs qalıcı və hərtərəfli olmalı, Şərqi Qüds də daxil olmaqla işğal altındakı bütün Fələstin ərazilərini əhatə etməlidir. O, həmçinin İsrailin beynəlxalq hüququ və BMT qərarlarını açıq şəkildə pozaraq qanunsuz yaşayış məntəqələrini genişləndirməyə davam etdiyini vurğulayıb.

    İsrail ordusu Qəzzədə atəşkəsi tez-tez pozmaqda davam edir.

    İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına başladığı və iki il davam edən hücumlar nəticəsində təxminən 69 min fələstinli həlak olub, 170 mindən çox insan yaralanıb. Qəzzanın infrastrukturunun 90 faizi tamamilə dağıdılıb.

    Qəzzədə atəşkəs və əsir mübadiləsi razılaşması 9 oktyabrda Misirdə aparılan danışıqlar nəticəsində İsrail ilə Həmas arasında əldə olunmuş, 10 oktyabrda İsrail hökumətinin təsdiqi ilə qüvvəyə minmişdi.

    Lakin İsrail 28 oktyabr axşamından 29 oktyabr səhərinədək Qəzzənin müxtəlif bölgələrinə güclü hücumlar həyata keçirərək, 46-sı uşaq olmaqla 104 fələstinlini öldürmüş, 253 nəfəri yaralamışdı.

    İsrail ordusu daha sonra, 29 oktyabrda, atəşkəsin yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 11:00) yenidən qüvvəyə mindiyini elan etmişdi.

    #Qəzza #Fələstin #Qəzza zolağı #BMT #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Qəzza sakinlərinin köçü #Fələstin-İsrail münaqişəsi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Fələstin-İsrail iki dövlətli həll
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    XƏBƏR LENTİ

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.