Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    “Hizbullah” Qəzzada müharibənin dayandırılması ilə bağlı Trampın planına dair “HƏMAS”ın mövqeyini dəstəklədi

    5 Oktyabr 2025 20:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Livanda “Hizbullah” hərəkatı bazar günü ABŞ prezidenti Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq planı ilə bağlı “HƏMAS”ın mövqeyini tam dəstəklədiyini açıqlayıb. AzerVoice xəbər verir ki,hərəkatın yaydığı bəyanatda qeyd olunub ki, “Hizbullah” “HƏMAS” və digər fələstinli müqavimət qruplarının razılaşdırılmış qərarını dəstəkləyir və bu mövqeyin İsrailin vəhşi təcavüzünün dayandırılmasına yönəlmiş ciddi səylərdən qaynaqlandığını vurğulayır.

    “Bu mövqe həm Qəzza zolağında xalqımıza qarşı həyata keçirilən qəddar İsrail hücumlarının dayandırılmasına yönəlib, həm də Fələstin məsələsinin əsas prinsiplərinə sadiqliyi, fələstin xalqının hüquqlarından imtina etməmək əzmini nümayiş etdirir.”Hizbullah hesab edir ki, “HƏMAS”ın qərarı və digər fələstinli qrupların mövqeyi fələstin xalqının birliyini qorumaq və milli konsensus əsasında müzakirələr aparmaq iradəsini əks etdirir.Danışıqlar yalnız fələstin xalqının milli hüquqları əsasında və onun suveren qərarlarına hörmət çərçivəsində aparılmalıdır. Bu, işğalçı qüvvələrin Qəzzadan tam çəkilməsini, əhalinin köçürülməsinin qarşısının alınmasını və fələstinlilərin öz siyasi, təhlükəsizlik və sosial həyatlarını müstəqil şəkildə idarə etməsini təmin etməlidir,” – deyə bəyanatda qeyd olunur.

    “Hizbullah” həmçinin bütün ərəb və islam ölkələrini fələstin xalqının və müqavimət qüvvələrinin yanında dayanmağa, Qəzza və İordan çayının qərb sahilindəki İsrail hücumlarının dayandırılması, məcburi köçürülmənin qarşısının alınması, Qəzzanın yenidən qurulması və fələstinlilərin qanuni milli hüquqlarının bərpası istiqamətində hərtərəfli dəstək göstərməyə çağırıb.

    #Qəzza #Qəzza zolağı #Hizbullah #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Hizbullah tərəfdarlarının etirazı #Qəzza münaqişəsi #HƏMAS və Hizbullah əlaqələri #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Ərəb dövlətləri və Qəzza #Naim Qasim və Hizbullah #ərəb və islam ölkələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12
    XƏBƏR LENTİ

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.