Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada aclıqdan ölənlərin sayı artır

    18 Sentyabr 2025 17:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qəzza zolağında İsrailin hücumları və tətbiq etdiyi blokada səbəbindən dərinləşən humanitar fəlakət fonunda, son 24 saatda biri uşaq olmaqla daha 4 fələstinli aclıqdan dünyasını dəyişib.

    AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb.

    Açıqlamada qeyd olunub ki, son bir sutkada aclıq və qida çatışmazlığı səbəbilə biri uşaq olmaqla 4 nəfər həyatını itirib. Beləliklə, 7 oktyabr 2023-cü ildən bu günə qədər aclıq səbəbilə ölənlərin ümumi sayı 435-ə yüksəlib. Onlardan 147-si uşaqdır.

    BMT-nin dəstəklədiyi İnteqrə edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) tərəfindən 22 avqust tarixində Qəzzada rəsmi olaraq "aclq vəziyyəti" elan edildiyi gündən bəri 157 nəfərin – onlardan 32-si uşaq olmaqla – aclıq və yetersiz qidalanma səbəbilə həyatını itirdiyi bildirilir. IPC xəbərdarlıq edib ki, bu vəziyyət sentyabr ayının sonunadək Deyr əl-Bələh və Xan Yunis şəhərlərinə də yayıla bilər.

    İsrailin hərbi hücumları və eyni zamanda humanitar yardımların girişinə qoyduğu sərt məhdudiyyətlər səbəbilə Qəzza zolağı ağır aclıq və humanitar böhran yaşayır. Su, dərman, tibbi ləvazimat və gigiyenik vasitələrə çıxış imkanlarının demək olar ki, tamamilə məhdudlaşdırıldığı bölgədə əsasən uşaqlar olmaqla aclıqdan ölüm halları artır.

    Yerli və beynəlxalq təşkilatlar bildirirlər ki, İsrail aclığı və susuzluğu bir silah kimi istifadə edir. Ordunun mülki infrastrukturu məhv etməsi nəticəsində Qəzzanın 88%-i dağıdılıb, əhali isə dəfələrlə məcburi köçkünə çevrilib.

    Qəzzada təxminən 2,3 milyon nəfər yaşayır. Onlardan 2 milyonu İsrailin hücumları və məcburi köçürmə əmrləri nəticəsində öz evlərini tərk etməyə məcbur olub. Çoxsaylı ailələr bir neçə dəfə yerindən edilib.

    Ən əsas ehtiyac vasitələrindən məhrum halda çadırlarda və ya məktəblərdə sığınacaq tapan insanlar, gigiyenik şəraitin olmaması, sanitariya problemləri və yoluxucu xəstəliklərin yayılması səbəbilə həyat uğrunda mübarizə aparırlar.

    İsrail ordusu isə gündəlik hava və quru hücumları ilə bu çadırları və sığınacaq yerlərini bombalamağa davam edir.

    #Qəzza #Fələstin #Qəzza zolağı #aclıq #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57
    XƏBƏR LENTİ

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.