BAKI, AzerVoice, Fərid Mikayılov
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Əfqanıstan xalqına humanitar yardım göndərilməsi barədə fərman imzalayıb.
AzerVoice xəbər verir ki, yardım, xüsusən də zəlzələdən zərər çəkmiş uşaqlara və ailələrə çatdırılacaq.
Rəsmi məlumata görə, yardıma dərman preparatları, ərzaq və qida məhsulları, geyim və gündəlik tələbat malları daxildir. Humanitar yardım Qurbanqulu Berdiməhəmmədov adına Uşaqlara Kömək Fondu tərəfindən təşkil olunacaq.
Türkmənistan rəsmiləri bildiriblər ki, bu təşəbbüs qədimdən gələn insani dəyərlərə əsaslanır və ölkənin həm daxildə, həm də beynəlxalq müstəvidə humanist siyasətini əks etdirir.
Yardımın məqsədi yalnız maddi dəstək deyil, həm də təbii fəlakətdən əziyyət çəkən insanlara mənəvi dayaq göstərməkdir.