Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Livan təhlükəsizlik orqanları Hizbullahın fəaliyyət sərbəstliyinə son qoya bilər

    30 Sentyabr 2025 10:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Livanın daxili işlər və bələdiyyələr naziri Əhməd Həccar bildirib ki, ötən cümə axşamı Hizbullah tərəfindən təşkil olunan Ruşə qayası tədbiri ilə bağlı verilmiş lisenziyaya dair pozuntulara görə məsul şəxslərin müəyyən edilməsi üçün araşdırma aparılır.

    Tədbirlə bağlı araşdırma qərarı, uzun illər ərzində geniş hərəkət azadlığına malik olan partiyanın fəaliyyətinə nəzarət etməkdə Livan dövlətinin ciddiliyini nümayiş etdirir. Hizbullah illərdir öz silahına güvənərək qərarlarını müstəqil şəkildə həyata keçirirdi. Hazırda isə həmin silah, xüsusilə Amerika təzyiqləri fonunda, dövlətin nəzarətə almağa və əlindən çıxarmağa çalışdığı əsas hədəfə çevrilib.

    İrana sadiqliyini açıq şəkildə elan edən Hizbullah bir il öncə İsrailin ağır zərbələrinə məruz qalıb. Bu hücumlar partiyanın əsas siması Həsən Nəsrullah da daxil olmaqla, hərbi və mülki rəhbərlərinin bir neçəsinin ölümünə, təşkilatın çoxsaylı imkanlarının məhv edilməsinə gətirib çıxarıb. Nəticədə, Hizbullah indi sadəcə olaraq Livanda mövcudluğunu qorumağa çalışan müdafiə mövqeyindədir.

    Belə bir araşdırma, Hizbullahın güclü təhlükəsizlik imkanlarına və dövlət qurumlarında təsirli mövqelərinə malik olduğu əvvəlki dövrlərdə mümkün deyildi. Hətta ölkə prezidentliyinə qədər rəhbərlərin seçilməsində partiya söz sahibi idi.

    Nazir Həccar yerli “Cumhuriyyə” qəzetinə bazar ertəsi verdiyi müsahibədə belə deyib: “Təhlükəsizlik orqanlarının rolu hər bir lisenziyalı xalq yığıncağında təhlükəsizlik və sabitliyi qorumaqdır.Daxili İşlər Nazirliyi tərəfindən verilmiş icazə çox aydın idi. Lakin pozuntu baş verdi. Təhlükəsizlik qüvvələri özlərini böyük izdiham qarşısında tapdı, Ruşə qayasını işıqlandırmaq üçün istifadə edilən cihazlar birbaşa insanların arasında yerləşdirildi. Bu səbəbdən təhlükəsizlik qüvvələrinin müdaxiləsi mümkün olmadı.Hazırda Baş Prokurorun nəzarəti altında daxili araşdırma aparılır. İcazəni verən qubernator Daxili İşlər Nazirliyinə tabedir və baş verən pozuntuların məsul şəxsləri müəyyən ediləcək. Daxili İşlər Nazirliyinin birinci məqsədi təhlükəsizlik və sabitliyi qorumaq, hökumət qərarlarını icra etmək və məhkəmənin göstərişi əsasında qanun pozucularına qarşı lazımi tədbirləri görməkdir.İcazə və təlimatların pozulmasına görə həm məhkəmə, həm də inzibati tədbirlər görüləcək və məsələ sonadək izləniləcək.Bu mərhələdə diqqətimizi cəmləməli olduğumuz əsas mesaj dövlətin arxasında durmaqdır. Dövlətin sütunlarının həmrəyliyi Livanı böhranlardan çıxarmaq və təhlükəsiz sahilə çatdırmaq üçün zəruridir. Qarşıda siyasi sınaqlar var və hesablaşma seçki qutularında aparılmalıdır, tribunlarda deyil. Bizim başqa seçimimiz yoxdur, yalnız dövlət vahid əl kimi bütün vətəndaşları qucaqlamalıdır. Bütün vətəndaşlar da öz dövlətlərinə inanmalıdırlar. Onlar dövlətlərindən çox şey gözləyirlər, ilk növbədə İsrail işğalından və onun təhdidlərindən qurtulmaq, bununla yanaşı, xalqın gündəlik problemlərini həll etmək və onlara haqları olan xidmətləri göstərmək. Çətin iqtisadi vəziyyəti də unutmaq olmaz. Bütün bu çağırışlarla mübarizə aparmaq üçün birlikdə çalışmalıyıq.”

    Xatırladaq ki, Hizbullah Daxili İşlər Nazirliyinin genişmiqyaslı toplaşmaları qadağan edən qərarına zidd olaraq Ruşə qayasında tədbir keçirmişdi. Tədbir zamanı İsrailin bir il əvvəl qətlə yetirdiyi keçmiş baş katib Həsən Nəsrullah və rəhbər şəxslərdən Haşim Səfiəddinin şəkilləri Ruşə qayasının üzərinə əks olunmuşdu.

    #Livan #Hizbullah #Həsən Nəsrullah #Livan xəbərləri #Hizbullah tərəfdarlarının etirazı #İran və Hizbullah əlaqələri #İraq və Livan müqavimət hərəkatı #Gələcək Hərəkatı Livan #Həsən Nəsrullah sui-qəsdi #Hizbullahın Livandakı rolu #Nəsrullahın dəfni #Hizbullah liderinin dəfni #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Həsən Nəsrullah və şiə travması #Nəsrullah Hacımüftüoğlu #Livan təhlükəsizlik orqanları #Əhməd Həccar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan ordusu cənubda silah monopoliyasını təmin etdiyini açıqlayıb

    8 Yanvar 2026 11:57

    Aİ Komissiyasının sədri Suriya və Livana səfər edəcək

    5 Yanvar 2026 16:54

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    Livanın cənubunda sülhməramlıların yaxınlığına atəş açılıb - UNIFIL

    3 Yanvar 2026 09:40

    İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

    2 Yanvar 2026 16:26

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    1 Yanvar 2026 19:06

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    29 Dekabr 2025 10:00

    UNIFIL Cənubi Livanda ciddi pozuntu barədə xəbərdarlıq etdi

    27 Dekabr 2025 09:54

    Livan Prezidenti parlament seçkilərinin vaxtında keçiriləcəyini təsdiqləyib

    25 Dekabr 2025 15:53

    Türk diasporu bütün maneələrə baxmayaraq güclü mövqeyə sahib olub - Ərdoğan

    25 Dekabr 2025 15:46

    İsrail Livanın cənubuna dron hücumu həyata keçirib

    25 Dekabr 2025 12:41

    MOSSAD Livanda gizli əməliyyat keçirdi

    25 Dekabr 2025 09:27
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 12 yanvar

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək

    Cüzam: qorxu ilə gerçəklik arasında bir xəstəlik

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    "Mançester Yunayted" "Çelsi"nin futbolçusunu istəyir

    Pezeşkian: Etiraz etmək İran vətəndaşlarının haqqıdır

    İran prezidenti: Vətəndaşların nigaranlığını aradan qaldırmaq hökumətin vəzifəsidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.