Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Şimaldan cənuba yeni köç ehtimalı mümkün deyil - Qəzza hökuməti

    25 Avqust 2025 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Şimaldan cənuba yeni köç ehtimalı demək olar ki, mümkün deyil.

    AzerVoice xəbər verir ki, Qəzza hökuməti İsrailin şimal bölgələrindən cənuba 1,3 milyon insanı köçürmək planının həyata keçirilməsinin faktiki olaraq mümkünsüz olduğunu açıqlayıb. Hökumətin Media Bürosundan verilən məlumata görə, cənub şəhərlərinin bu qədər insanı yerləşdirəcək potensialı yoxdur, sığınacaq çatışmazlığı isə 96 faizi keçib.

    Bəyanatda bildirilib ki, İsrail ordusunun elanına baxmayaraq, indiyədək yalnız 10 min çadırın Qəzzaya daxil olmasına icazə verilib. Halbuki, real ehtiyac 250 min çadır və karvan təşkil edir. Bu, tələbatın cəmi 4 faizinə bərabərdir. Bundan əlavə, İsrailin beynəlxalq yardım təşkilatlarının işinə qoyduğu məhdudiyyətlər səbəbindən sərhəd-keçid məntəqələrində sığınacaq materiallarının çatışmazlığı yüz minlərlə köçkün üçün vəziyyəti daha da ağırlaşdırır.

    Açıqlamada qeyd olunub ki, hazırda İsrail ordusu Qəzza zolağının təxminən 77 faizinə nəzarət edir. Bununla yanaşı, Daxili İşlər Nazirliyi İsraili yaşayış məntəqələrini yüksək partlayıcılarla dağıtmaqda, dinc insanları aclıq və qətliamla təhdid edərək məcburi köçə məruz qoymaqda ittiham edib. Nazirlik fələstinliləri “yenidən eyni səhvi təkrarlamamağa” və evlərini tərk etməməyə çağırıb.

    Qeyd edək ki, avqustun 8-də İsrail Təhlükəsizlik Kabineti Qəzza şəhərinin işğalı planını təsdiqləyib. Baş nazir Benyamin Netanyahu bütün Qəzza zolağının işğalını hədəflədiklərini bəyan edib. İsrail mediası bu planın sentyabr ayından tez reallaşdırılmasının gözlənilmədiyini bildirib. Avqustun 16-da isə ordu sözçüsü Aviçay Adraee evsiz qalan fələstinlilərə çadır və digər sığınacaq avadanlıqlarının BMT və beynəlxalq təşkilatlar vasitəsilə Karm Əbu Səlim sərhəd-keçid məntəqəsindən daxil ediləcəyini açıqlayıb.

    #İsrail #Fələstin #Qəzza zolağı #Fələstinlilərin məcburi köçü #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42

    MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

    6 Fevral 2026 09:15
    XƏBƏR LENTİ

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.