Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Fələstinli jurnalistlər Qəzzadakı həqiqətləri sənədləşdirdikləri üçün həyatlarını itirirlər

    22 Avqust 2025 14:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    İsrailin Qəzza zolağına hücumları təkcə mülki əhalini deyil, həqiqəti dünyaya çatdırmağa çalışan jurnalistləri də hədəfə alıb - 7 oktyabr 2023-dən bəri yüzlərlə fələstinli media nümayəndəsi həyatını itirib, onlarla media qurumu dağıdılıb.

    AzerVoice xəbər verir ki, Qəzzadakı Hökumət Media Ofisi və Fələstin Jurnalistlər Birliyinin məlumatına görə, son iki ildə İsrailin hücumları nəticəsində 26-sı qadın olmaqla 239 jurnalist qətlə yetirilib. Onlardan 202-si 2023–2024-cü illərdə, 37-si isə 2025-ci ilin əvvəlindən avqustun 15-nə qədər öldürülüb.

    Bundan başqa, 480 jurnalist yaralanıb, 49-u isə saxlanılıb. İsrail ordusu həmçinin 32 jurnalistin evini birbaşa hava hücumları ilə dağıdıb.

    İsrail ordusunun hücumları təkcə jurnalistlərə deyil, həm də media infrastrukturuna yönəlib. Bu müddət ərzində 12 çap mediası, 23 rəqəmsal media platforması, 11 radio stansiyası, 16 televiziya kanalı, 27 çap evi, 5 peşəkar və qeyri-hökumət təşkilatı məhv edilib.

    Media sektoruna dəymiş ziyanın 400 milyon dollardan çox olduğu bildirilir. Ölüm və dağıntılara baxmayaraq, 143 media qurumu fəaliyyətini davam etdirməyə çalışır.

    Son aylarda bir sıra beynəlxalq media qurumlarının əməkdaşları İsrailin hücumlarında həlak olub:

    Ənəs əl-Şərif və Məhəmməd Qurayika (Əl-Cəzirə) – 2025-ci il avqustun 10-da Şifa xəstəxanası yaxınlığında bombalanan çadırda öldürülüblər.

    Səid Əbu Nabhan (Anadolu Agentliyi) – 2025-ci ilin yanvarında Nusayrat Qaçqınlar Düşərgəsində snayper atəşi ilə həlak olub.

    Həsən Hammad (fotojurnalist) – 2024-cü ilin oktyabrında Qəzzanın şimalında bombardmanda parçalanaraq öldürülüb.

    Həmzə əl-Dehduh və Mustafa Sürəyya (Əl-Cəzirə) – 2024-cü ilin yanvarında Xan Yunisdə jurnalistlərin maşınına hücumda həlak olublar.

    Samar Əbu Daqqa (Əl-Cəzirə operatoru) – 2023-cü ilin dekabrında yaralı qaldıqdan sonra qanaxmadan ölüb.

    Bilal Cadallah (“Mətbuat Evi” təşkilatının prezidenti) – 2023-cü ilin noyabrında birbaşa hədəfə alınıb.

    Müntəsir əl-Səvvaf (AA fotojurnalisti) və qardaşı Mərvan – 2023-cü ilin dekabrında Qəzzada öldürülüblər.

    “İsrailin jurnalistləri və media qurumlarını hədəf alması tam bir hərbi cinayətdir. Bu, həqiqəti susdurmaq və soyqırımı ört-basdır etmək cəhdidir.”- deyə Qəzzadakı Hökumət Media Ofisinin direktoru İsmayıl əl-Savabite deyib.

    Qeyd edək ki, 7 oktyabr 2023-dən bu yana davam edən hücumlarda ABŞ-ın dəstəklədiyi İsrail ordusunun zərbələri nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 195 minə yaxın fələstinli öldürülüb və ya yaralanıb. On minlərlə insan itkin düşüb, yüz minlərlə sakin evsiz qalıb. Qəzzada aclıq böhranı isə uşaq ölümlərinə səbəb olmağa davam edir.

    #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Jurnalistlərin hədəf alınması #Qəzzada jurnalistlərin ölümü #Fələstinli jurnalistlərin təhlükəsizliyi #Fələstin jurnalistlərinə qarşı hücumlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə, ABŞ, Qətər və Misir Miami-də Qəzza üzrə görüş keçirib

    20 Dekabr 2025 16:16

    ÜST Qəzzada tibbi təxliyə gözləyən mindən çox xəstənin həyatını itirdiyini açıqlayıb

    19 Dekabr 2025 16:01

    İsrail ordusu Qəzza Zolağını hava hücumları təşkil edib

    19 Dekabr 2025 12:40

    Qəzzada humanitar əməliyyatlar çökə bilər - BMT

    18 Dekabr 2025 11:30

    Qəzzada humanitar böhran dərinləşir soyuqdan ölənlərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 14:15

    İsrail BMT qərarlarını pozmağa davam edir və Qəzzadakı müharibəni dayandırmayıb - Fələstin

    17 Dekabr 2025 10:20

    Qəzzada soyuqdan bir körpə daha həlak olub

    16 Dekabr 2025 15:54

    Hakan Fidan və Tom Barak Ankarada Suriya və Qəzza məsələlərini müzakirə edib

    16 Dekabr 2025 15:27

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb

    16 Dekabr 2025 14:41

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    15 Dekabr 2025 17:52

    Qəzzanın bərpası üçün 70 milyard dollar tələb olunur

    15 Dekabr 2025 12:53

    Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

    14 Dekabr 2025 21:42
    Demo
    XƏBƏR LENTİ

    Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayıb

    Asiya Futbol Konfederasiyası Millətlər Liqası turnirinin yaradılacağını elan edib

    Azərbaycana qış fəsli daxil olub

    Pakistan və İran XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

    Gürcüstan 2026-cı ildən QDİƏT-ə sədrlik edəcək

    Avropanın fərqli səsi: Viktor Orban və böyük güclər arasında balans

    ABŞ Puerto Rikoda F-35A qırıcıları yerləşdirərək bölgədəki qüvvələrini gücləndirib

    Çinli tennisçi Pan Jenlun diskvalifikasiya edilib

    Misli Premyer Liqasında XVI tur davam edir

    Diyarbakır hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.