Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Livan hökuməti fələstinli qaçqınların düşərgələrindən silahları təhvil almağa başlayıb

    21 Avqust 2025 18:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Bu gün Livan hakimiyyəti fələstinli qaçqın düşərgələrindəki silahların təhvil alınmasına başlayır.

    AzerVoice-un məlumatına görə, bu addım təxminən üç ay əvvəl tərəflər arasında razılaşdırılmış planın birinci mərhələsinin icrası çərçivəsində, həm də Beyrutun silahların yalnız dövlətin nəzarətində cəmləşdirilməsi istiqamətindəki səylərinin bir hissəsi olaraq həyata keçirilir.

    Livan–Fələstin Dialoq Komitəsinin rəhbəri, səfir Ramiz Dəməşqiyyə hökumət tərəfindən yayılan bəyanatda bildirib: “Bu gün fələstinli düşərgələrdən silahların təhvil verilməsi prosesinin birinci mərhələsi başlayır. İlkin mərhələdə Beyrutdakı Bürc əl-Bərajnə düşərgəsindən müəyyən sayda silah təhvil veriləcək və Livan ordusunun öhdəliyinə keçəcək.”

    Livan hökuməti bu ay həmçinin Hizbullahın silahlarının təhvil verilməsi ilə bağlı plan hazırlanması tapşırığını da orduya həvalə etmişdi.

    Dəməşqiyyə əlavə edib ki, bu proses ilk addım olacaq və qarşıdakı həftələrdə Bürc əl-Bərajnə ilə yanaşı digər düşərgələrdə də yeni mərhələlərlə davam etdiriləcək.

    Onun sözlərinə görə, bu addım mayın 21-də Livan prezidenti Cozef Aun və Fələstin prezidenti Mahmud Abbas arasında keçirilmiş sammitdə qəbul edilən qərarların icrasıdır. Sammitdə Livanın ərazi bütövlüyü, dövlət hakimiyyətinin tam tətbiqi və silah üzərində dövlətin inhisarı prinsipi bir daha təsdiqlənmişdi.

    Diplomat həmçinin xatırladıb ki, mayın 25-də Livan–Fələstin Dialoq Komitəsinin baş naziri Nəvvaf Salamın sədrliyi ilə keçirilmiş iclasında hər iki tərəfin nümayəndələrinin iştirakı ilə konkret icra mexanizmi və dəqiq vaxt cədvəli hazırlanması barədə razılıq əldə olunmuşdu. Bu qərar fələstinli fraksiyaların silah məsələsinin mərhələli şəkildə tənzimlənməsinə yönəlib.

    Qeyd edək ki, hazırda Livanda 493 mindən çox fələstinli qaçqın yaşayır. Onlar çətin şəraitdə, əsasən fələstinli fraksiyaların nəzarətində olan düşərgələrdə məskunlaşıblar. Bu vəziyyət 1969-cu il “Qahirə Razılaşması” əsasında formalaşmış qeyri-rəsmi razılaşmalar nəticəsində bu günə qədər davam edir.

    #İsrail #Fələstin #Livan #Livan xəbərləri #Livan ordusu #İsrail və Livan münaqişəsi #Livan siyasəti 2025 #Nəvaf Salam hökuməti #Hizbullah və Livan siyasəti #İsrail Livan münasibətləri #Livan siyasəti #Livan Baş naziri #Hizbullah və Livan münaqişəsi #Nəvaf Salam #Livan fələstin düşərgələri #Fələstin Muxtariyyəti və Livan münasibətləri #Livan silahsızlaşdırma #Livan ordusu və silahlı qruplar #Livan silahlı qruplar #Nəvaf Salam hökumət iclası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Livanı İsraillə birbaşa danışıqlara məcbur edir

    21 Noyabr 2025 00:10

    Azərbaycan və İsrail arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

    20 Noyabr 2025 15:01

    İsrail ordusu Livanın cənubuna hücum həyata keçirəcəyini açıqlayıb

    19 Noyabr 2025 17:28

    İsrail ordusu Livanın cənubunda hücumlar həyata keçirib

    19 Noyabr 2025 12:25

    Səudiyyə Vəliəhdinin ABŞ səfəri strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoyur

    19 Noyabr 2025 04:00

    İsrail hücumunda 760 illik tarixi müzey dağıdılıb

    18 Noyabr 2025 19:08

    İsrailin təhlükəsizlik naziri Mahmud Abbasın həbsini tələb edib

    18 Noyabr 2025 02:00

    Türkiyənin F-35 tədarükünü istəmirik - İsrail

    15 Noyabr 2025 15:15

    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

    15 Noyabr 2025 11:51

    İordan çayının qərb sahilində məscid yandırıldı

    13 Noyabr 2025 17:17

    İsrail, atəşkəsi pozaraq Livanda 114 mülki şəxsi öldürüb - BMT

    13 Noyabr 2025 15:36

    Makron yaman narahatdır - Livana görə

    13 Noyabr 2025 15:00
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində baş verən zorakılıq terrorizmdir- ABŞ səfiri

    ABŞ Livanı İsraillə birbaşa danışıqlara məcbur edir

    Bu gün dünyanın ilk gəmi xəstəxanası batdı

    Bu gün “İran-Kontra” qalmaqalı qızışdı

    Tarixdə bu gün – 21 Noyabr

    Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsi qəbul edilib

    Zelenski Vaşinqtonun yeni planı fonunda ABŞ nümayəndə heyəti ilə görüşəcək

    İsrail 17 druz gəncinə təlim verəcək

    MÜSİAD Azərbaycan ilə Bilim Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub

    ABŞ-də təhsil alan Səudiyyəlilər Vision 2030 üçün kadr potensialını gücləndirir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.