Əsas səhifə » Türkiyə-Suriya sərhədində yeləşən Keseb Sərhəd Qapısı müvəqqəti olaraq bağlanıb

Türkiyə-Suriya sərhədində yeləşən Keseb Sərhəd Qapısı müvəqqəti olaraq bağlanıb

BAKI, AzerVoice

Türkiyə, Suriyanın Lazkiyə vilayətinin kənd ərazilərində baş verən yanğınlar səbəbilə sərhəddə yerləşən Keseb Sərhəd Qapısını müvəqqəti olaraq bağlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Suriya Limanlar İdarəsinin İctimaiyyətlə Əlaqələr müdiri Mazen Alluşun verdiyi açıqlamada deyilir.

Bildirilib ki, yanğınların sərhəd bölgəsinə yaxın olması səbəbilə Türkiyə tərəfi Keseb Sərhəd Qapısının bağlanması qərarını verib. Bu addım fövqəladə vəziyyət tədbirləri çərçivəsində atılıb.

Qeyd edək ki, Lazkiyə bölgəsində baş verən yanğınlar artıq 9 gündür ki, davam edir. Yanğınsöndürmə işlərinə Qətər, İraq, İordaniya və Türkiyə dəstək verir.

Digər Kateqoriyalar

2025 © Azervoice