Əsas səhifə » İranın şimalındakı hava limanı yenidən beynəlxalq uçuşlar üçün açılıb

İranın şimalındakı hava limanı yenidən beynəlxalq uçuşlar üçün açılıb

BAKI, AzerVoice

İranın şimalındakı Gilan əyalətinin hava limanı təxminən bir aydan sonra yenidən beynəlxalq uçuşlar üçün açılıb.

AzerVoice xəbər verir ki, Gilan Hava Limanının baş direktoru Möhsün Mir Hüseyni Gilandakı Sərdar Cənqal hava limanının beynəlxalq uçuşları yerinə yetirmək üçün lazımi infrastruktur və standartlara malik olduğunu və ilk reysin dünən Bağdada yola düşdüyünü açıqlayıb.

"Gilan hava limanında beynəlxalq uçuşlar müharibədən sonra normallaşdı", -deyə o bildirib.

Qeyd edek ki, İran rəsmisi açıqlamasında Gilandan Rusiyanın Həştərxan şəhərinə yaxın vaxtlarda müntəzəm reyslər açılacağını da bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice