Əsas səhifə » Fransanın Karnak daşları adlı abidələr kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib

Fransanın Karnak daşları adlı abidələr kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib

BAKI, AzerVoice

Fransanın qərbində, Bretan bölgəsində yerləşən tarixi daş abidələr kompleksi UNESCO-nun (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı) Ümumdünya İrsi Siyahısına daxil edilib.

AzerVoice xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

UNESCO-nun bəyanatında qeyd olunub ki, bu abidə neolit dövrü cəmiyyətinin texniki inkişafının və ustalığının istisnai sübutudur. "Bu cəmiyyət nəhəng daşları və torpaqları hasil edə, daşıya və emal edə bilmiş, həmçinin onların köməyi ilə mürəkkəb simvolik məkanlar yaratmışdır”.

Karnak daşları adlanan bu kompleks neolit dövründə, təxminən 2 min il ərzində inşa olunub və 550-dən çox monumental qurğudan ibarətdir. Hazırda bu kompleks Fransada Ümumdünya İrsi Siyahısına daxil edilən 54-cü tarixi obyekt, Bretan bölgəsi üzrə isə ilk belə abidədir.

Digər Kateqoriyalar

2025 © Azervoice