Əsas səhifə » Serbiyada iğtişaşlar nəticəsində paytaxtın əsas yollarından biri bağlanıb

Serbiyada iğtişaşlar nəticəsində paytaxtın əsas yollarından biri bağlanıb

BAKI, AzerVoice

Serbiyanın paytaxtı Belqradın mərkəzində müxalifətin təşkil etdiyi aksiya nəticəsində şəhərin əsas yollarından biri olan Kral Aleksandr prospekti bağlanıb.

AzerVoice xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) Belqrad Universitetinin hüquq fakültəsinin binası qarşısında toplaşan etirazçılar avtomobil və tramvayların hərəkətini tam şəkildə dayandırıblar. Aksiya iştirakçıları “Seçki keçirilsin!” tələbi ilə şüarlar səsləndirib, fit çalıb və “Maşın mühəndisləri maşın hakimiyyətinə qarşıdır” sözləri yazılmış plakat açıblar.

Yol polisi hadisəyə müdaxilə etməyib, yalnız nəqliyyatın yönləndirilməsi ilə məşğul olub. Serbiya Daxili İşlər Nazirliyi (DİN) isə etiraz iştirakçılarından heç birini saxlamayıb. Aksiyada altı inzibati qayda pozuntusu qeydə alınıb.

Qeyd edək ki, iyunun 29-da da ölkənin 18 şəhərində yollar və nəqliyyat qovşaqları müxalifət tərəfdarları tərəfindən bağlanmışdı. Serbiya Tərəqqipərvər Partiyasının rəhbəri Miloş Vuçeviç bu cür aksiyalara qarşı dövlət orqanlarını tədbir görməyə çağırmışdı.

Serbiya Prezidenti Aleksandar Vuçiç isə etirazçılara səslənərək bildirib ki, onlar dövlətə qalib gələ bilməyəcəklər. O, tələbələrin hökumətə qarşı çıxmasını “savad azlığının göstəricisi” adlandırıb, aksiyanı isə “fiasko” kimi qiymətləndirib.

Digər Kateqoriyalar

2025 © Azervoice