Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Girovlarla bağlı razılaşma “bir neçə gün ərzində” əldə oluna bilər- Netanyahu

    11 İyul 2025 09:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin İslam Müqavimət Hərəkatı (HƏMAS) tərəfindən saxlanılan israilli girovların azad olunması üçün bir neçə gün ərzində razılaşma əldə olunacağına ümid etdiyini bildirib. AzerVoice xəbər verir ki, Netanyahu bu açıqlamaları “Newsmax” kanalında yayımlanan “The Record with Greta Van Susteren” proqramına verdiyi müsahibədə səsləndirib. O deyib ki, HƏMASın hələ də 50 girovu əlində saxladığı bildirilir və onlardan yalnız 20-nin sağ olduğuna inanılır.

    “Mən onların hamısını azad etmək istəyirəm. Hazırda sağların yarısını və ölənlərin yarısını əhatə edən razılaşma üzərində işləyirik.Bu halda bizdə 10 sağ qalan və təxminən 12 ölü girov qalacaq. Amma mən onları da geri gətirəcəyəm. Ümid edirəm ki, biz bu razılaşmanı bir neçə gün ərzində əldə edə biləcəyik”-deyə o qeyd edib.

    Netanyahu İsrail və HƏMAS arasında 60 günlük atəşkəs əldə olunacağını, bu müddət ərzində tərəflərin münaqişəyə son qoymağa çalışa biləcəyini ehtimal edib.

    Çərşənbə günü HƏMAS bəyan edib ki, hazırda gedən atəşkəs danışıqlarında bir çox əsas məsələ hələ də həll olunmamış qalır. Bunlara humanitar yardımın çatdırılması, İsrail qüvvələrinin Qəzza zolağından tam çıxarılması və “davamlı atəşkəs üçün real təminatların verilməsi” daxildir.

    Netanyahunun “Newsmax” kanalına müsahibəsi ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin yanvarında vəzifəyə başlamasından bəri Vaşinqtona etdiyi üçüncü səfərinin sonunda baş tutub. Trampdan danışan Netanyahu deyib ki , : “İsrail heç vaxt bundan əvvəl belə bir dost və ya belə bir dəstəyə – yəhudi dövləti İsrailə – Ağ Evdə malik olmamışdı”.

    #Benyamin Netanyahu #Netanyahu #Binyamin Netanyahu #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin siyasəti #Fələstinli məhbusların azadlığı #Fələstin-İsrail münaqişəsi #Fələstin Muxtariyyəti böhranı #Fələstin liderliyi böhranı #Fələstin seçkiləri və Abbasın gələcəyi #Ərəb ölkələrinin Fələstin planı #Fələstin humanitar yardımı #Qəzza böhranı və Qərbin mövqeyi #Tramp və Netanyahu münasibətləri #Netanyahu və ordu rəhbərliyi arasında gərginlik #Netanyahu HƏMAS açıqlaması #Netanyahu İran siyasəti #Netanyahunun regional siyasəti #Netanyahuya Trampdan təzyiq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.