Əsas səhifə » Vaşinqton Livanda silahların yalnız rəsmi orqanların əlində olmasını "tarixi fürsət" kimi görür

Vaşinqton Livanda silahların yalnız rəsmi orqanların əlində olmasını "tarixi fürsət" kimi görür

BAKI,AzerVoice

ABŞ-ın Livana xüsusi göndərilmiş nümayəndəsi Tomas Barak, silahın yalnız Livan dövlətinin rəsmi orqanlarının ixtiyarında olması istiqamətində “tarixi fürsət”in yarandığını bəyan edib. AzerVoice xəbər verir ki,onun yeni həftənin əvvəlində Beyruta səfəri gözlənilir. Səfər zamanı ABŞ tərəfindən Livan tərəfinə təqdim olunan sənədə rəsmi Beyrutun cavabı əsas müzakirə mövzusu olacaq.

Lakin Livan rəsmiləri hələ ki, ABŞ-ın təqdim etdiyi sənədin yekun cavab hazırlaya bilməyiblər. Bunun fonunda Hizbullahın sərt mövqeyi diqqət çəkir.

“Biz çalışırıq ki, üç prezident arasında (dövlət başçısı, parlament sədri və baş nazir) ortaq mövqe formalaşsın. Bununla yanaşı, Hizbullahın mövqeyini də nəzərə almaq lazımdır – Bərək də təqdim etdiyi sənəddə bunu açıq şəkildə qeyd edib. Hizbullah hələ ki sənədə rəsmi cavab verməyib.”-deyə Livan parlamentinin sədri Nəbih Bərri deyib.

Bununla yanaşı, Livan Silahlı Qüvvələrinin baş komandanı, ölkə prezidenti Cozef Aun Böyük Britaniyanın xarici işlər naziri Devid Lami ilə görüşdə bildirib ki,cənub bölgəsində yalnız rəsmi təhlükəsizlik qüvvələri və BMT-nin UNIFIL qüvvələri silahlı fəaliyyət göstərəcək.
“Bundan kənar heç bir silahlı qüvvəyə icazə verilməyəcək.”-deyə Aun qeyd edib.

Bu bəyanatlar Livanda “Hizbullah”ın silahlarının tədricən rəsmi orqanlara tabe etdirilməsi və dövlətin suveren silah gücünün bərpası istiqamətində beynəlxalq təzyiqin artdığını göstərir. ABŞ isə bu prosesi regional sabitlik və İsrail–Livan sərhədindəki gərginliyin azalması üçün əsas fürsət kimi dəyərləndirir.

Digər Kateqoriyalar

2025 © Azervoice