Əsas səhifə » İran uranı zənginləşdirməkdən imtina etməlidir - Rubio

İran uranı zənginləşdirməkdən imtina etməlidir - Rubio

BAKI, AzerVoice

Vaşinqton administrasiyası hesab edir ki, İran uranı zənginləşdirməkdən imtina etməli və hazırda malik olduğu zənginləşdirilmiş uran ehtiyatlarını digər ölkələrə təhvil verməlidir.

AzerVoice xəbər verir ki, bu mövqeyi ABŞ dövlət katibi Marko Rubio CBS telekanalına verdiyi müsahibədə ifadə edib.

"İstənilən ölkənin mülki nüvə proqramına sahib olmaq hüququ var. Amma onların 60 faizinə qədər zənginləşdirməyə, obyektləri dağın altında gizlətməyə, müxtəlif məsafəli raketlər hazırlamağa və dünyada terrorçu qüvvələri maliyyələşdirməyə haqqı yoxdur" - deyə, o bildirib.

Dövlət katibi, İranda mövcud olan zənginləşdirilmiş uran barədə danışarkən bildirib: "Onlar bu uranı yerin altından çıxarmalı və təhvil verməlidirlər. Dünyada bir çox ölkə bu materialı götürəcək və onu az zənginləşdirəcək".

Digər Kateqoriyalar

2025 © Azervoice