10
BAKI, AzerVoice
İranın paytaxtı Tehranda Şəhran neft anbarında baş verən yanğın nəzarət altına alınıb.
AzerVoice xəbər verir ki, bu barədə İranın Neft Nazirliyi məlumat yayıb.
“Tehranın cənubundakı Şahran neft anbarı və yanacaq çənindəki yanğın tam şəkildə nəzarətə götürülüb” - deyə, məlumatda bildirilib.
Nazirlik həmçinin qeyd edib ki, çənlərin içindəki maddələrin tam yanması başa çatana qədər həmin ərazidə qara tüstü qalxmağa davam edəcək. Vətəndaşlar üçün hər hansı təhlükə yoxdur.
Xatırladaq ki, iyunun 15-ə keçən gecə İsrailin Tehrana etdiyi hava hücumu nəticəsində şəhərin şimal-qərbində yerləşən Şəhran neft anbarı vurulub.