Əsas səhifə » Netanyahu İsrailin Dohadakı nümayəndə heyətini geri çağırmağı nəzərdən keçirir

Netanyahu İsrailin Dohadakı nümayəndə heyətini geri çağırmağı nəzərdən keçirir

BAKI, AzerVoice

İsrailin baş naziri Binyamin Netanyahu, Qəzza zolağındakı atəşkəs ilə bağlı danışıqlarda iştirak edən İsrail nümayəndə heyətinin Qətərdən geri çağırılması məsələsini müzakirə edir.

AzerVoice xəbər verir ki, bu barədə "Haaretz" qəzeti məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun, İsrail və HƏMAS-a atəşkəs və əsir mübadiləsinə dair yeni bir təklifin təqdim etdiyi bildirilmişdi.

Hətta hazırda İsrail və HƏMAS nümayəndə heyətləri Dohada olsa da, bildirilir ki, Uitkoffun bu təklifi ilə bağlı danışıqlar alternativ kanallar vasitəsilə aparılır.

Məlumata görə, Uitkoff birbaşa olaraq Netanyahu və onun müşaviri Ron Dermer ilə əlaqə saxlayır və eyni zamanda Dohadakı HƏMAS rəhbərliyi ilə vasitəçilər üzərindən danışıqlar aparır.

Yeni təklif 10 israilli girovun azad edilməsini, buna qarşılıq olaraq 45-60 günlük atəşkəsi və fələstinli məhbusların sərbəst buraxılmasını nəzərdə tutur. Bu plan əvvəlkilərdən fərqli olaraq, münaqişənin sona çatması ilə nəticələnə biləcək daha geniş prosesin başlanğıcı kimi təqdim edilir

Digər Kateqoriyalar

2025 © Azervoice