Əsas səhifə » British Airways və Air India Təl-Əvivə uçuşları dayandırır

British Airways və Air India Təl-Əvivə uçuşları dayandırır

BAKI, AzerVoice

Hindistanın Air India və Böyük Britaniyanın British Airways hava yolları şirkətləri, İsrailin Ben Qurion hava limanına raket qalıqlarının düşməsi fonunda, paytaxt Təl-Əvivə bütün uçuşları dayandırırlar.

AzerVoice-un məlumatına görə, Air India mayın 6-dək, British Airways isə mayın 7-dək Təl-Əvivə uçuşların dayandırıldığını açıqlayıb.

"Müştərilərimizin və ekipajımızın təhlükəsizliyi bizim üçün hər zaman prioritetdir. Əməliyyat şəraitini davamlı olaraq qiymətləndiririk və buna əsaslanaraq Tel-Əvivə və oradan olan bütün uçuşlarımızı 7 mayadək dayandırmaq qərarını verdik" - deyə, British Airways şirkətinin verdiyi açıqlamada qeyd olunub.

Air India şirkəti sərnişinlərə alternativ uçuş variantları, biletlərin pulsuz dəyişdirilməsi və ya tam geri ödəniş təklif edir.

Xatırladaq ki, daha əvvəl İsrail Ordusu Yəməndən edilən raket hücumu nəticəsində Ben Qurion hava limanı ərazisinə raket qalıqlarının düşdüyünü bildirmişdi. Hadisədən sonra hava limanı təxminən bir saat müddətinə bağlanıb. İsrailin müxtəlif bölgələrində hava hücumu siqnalları səsləndirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice