14
BAKI, AzerVoice
İranda Şəhid Rəcai limanında baş vermiş partlayışla bağlı iki nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə İran televiziyası məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslərdən biri özəl şirkətdə, digəri isə dövlət xidmətində işləyir. Hadisənin bütün təfərruatlarının aydınlaşdırılması üçün əlavə araşdırmalara ehtiyac olduğu bildirilib. İstintaq davam edir.
Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcəi limanında baş verən güclü partlayış nəticəsində azı 70 nəfər həlak olub, min nəfərdən çox insan yaralanıb.