Əsas səhifə » ABŞ Yəmənin şimalına hava zərbələri endirib

ABŞ Yəmənin şimalına hava zərbələri endirib

BAKI, AzerVoice

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Yəmənin şimalında yerləşən Cövf əyalətinə hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, bu barədə Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan "Al-Masirah" telekanalı məlumat yayıb.

Məlumata əsasən, ABŞ qüvvələri Cövf əyalətinin Hab əş-Şaaf bölgəsinə iki hava zərbəsi endirib. Can itkisi və ya maddi ziyan barədə məlumat verilməyib.

Bu hücumla bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama gəlməyib.

Qeyd edək ki, ABŞ-ın Yəmənə qarşı hava hücumları martın 15-də ABŞ Prezidenti Donald Trampın əmri ilə başlayıb. Cümə günü ABŞ hərbi hava qüvvələri Hudeyda şəhərindəki Ras İsa Neft Limanına 7, şənbə günü isə Marib və Hudeydə bölgələrinə 9 hava zərbəsi endirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice