5
BAKI, AzerVoice
Yəmən ərazisindən İsrailin paytaxtı Təl-Əvivə raket zərbəsi endirilib.
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin verdiyi açıqlamada deyilir.
Ordu, raketin qalıqlarının Təl-Əvivdəki Ben Qurion hava limanına düşdüyünü bildirib.
Əlavə olaraq, həm Qüdsdə, həm də Təl-Əvivdəki hava limanı ətrafında güclü partlayış səslərinin eşidildiyi bildirilib.
Daha əvvəl İsrail ordusu, Təl-Əviv də daxil olmaqla ölkənin mərkəzində hava hücumu sirenlərinin işə düşdüyünü elan etmişdi.