Bakı, AzerVoice
Husilər İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Yaffada “həyati hədəfə” hücum təşkil etdiklərini iddia ediblər.
AzerVoice xəbər verir ki, Husilərin sözçüsü Yəhya əl-Seri yayımladığı videoda, hücumu pilotsuz uçuş aparatları (PUA) vasitəsilə etdiklərini bildirib.
İsrail tərəfindən qarşısı alınmadan hücumu məqsədə çatdırdıqlarını bildirən Seri, İsrailin Qəzza və Livana hücumları dayanana qədər əməliyyatların davam edəcəyini deyib.
Qeyd edək ki, İsrail hələlik məsələ ilə bağlı açıqlama verməyib.