Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirilib - Husilər

    11 Sentyabr 2025 21:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) son iki həftə ərzində İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirib.

    AzerVoice xəbər verir ki, bu barədə husilərin lideri Əbdül Malik əl-Husi məlumat verib.

    Onun sözlərinə görə, əməliyyatlar raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə icra olunub.

    Husi lideri bildirib ki, PUA-lar “Hadera, Yaffa, Aşdod, Aşkelon, Negev və Umm ər-Rəşraşda (Eylat nəzərdə tutulur – red.) bir neçə hədəfi vurub”. O əlavə edib ki, uğurlu əməliyyatlardan biri İsrailin Ramon adlandırdığı hava limanına, digəri isə Lod hava limanına (Ben Qurion – red.) qarşı yönəldilib.

    Xatırladaq ki, 2023-cü ildə Qəzza zolağında münaqişə kəskinləşdikdən sonra husilər İsrail ərazilərinə raket zərbələri endirəcəklərini və İsrail ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bəb əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bəyan etmişdilər. Bu hücumlar bu ilin yanvar ayında Qəzzada atəşkəs elan olunandan sonra dayandırılmışdı.

    Lakin martın əvvəlində atəşkəsin pozulmasının ardınca husilər yenidən Qırmızı dənizdə İsrail gəmilərinə hücum etdiklərini, daha sonra isə İsrail ərazisindəki obyektləri hədəf almağa başladıqlarını açıqlayıblar. Cavab olaraq İsrail dəfələrlə husilərin infrastruktur obyektlərinə, o cümlədən Səna hava limanına və Qırmızı dəniz sahilindəki limanlara hava zərbələri endirib.

    #Yəmən #Qırmızı dəniz #Husilər #Əbdül-Malik Əl-Husi #Yəməndə Husiilər 2025 #Husiilərin Yəməndə hərbi planları #Yəməndə Husiilərin hərbi strategiyası #Yəmən husiləri İsrail hücumu #Aşdod limanı #Eylat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    Yəməndə yeni mərhələ: Silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi hədəflənir

    12 Yanvar 2026 10:10

    Ərəb koalisiyası Yəməndə BƏƏ-nin dəstəklədiyi qüvvələrə zərbələr endirib

    7 Yanvar 2026 10:49

    Yəməndə Cənub məsələsi yalnız daxili dialoqla həll olunmalıdır - Ərəb Liqası

    6 Yanvar 2026 12:46

    OPEC+ neft hasilatını sabit saxlayacaq

    4 Yanvar 2026 17:08

    BƏƏ Yəmən xalqını gərginliyin azaldılmasına və dialoqa çağırdı

    3 Yanvar 2026 14:42

    Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib

    2 Yanvar 2026 22:32

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    1 Yanvar 2026 19:06

    Səudiyyə Ərəbistanı BƏƏ-yə ultimatum verdi

    30 Dekabr 2025 12:30

    Səudiyyə Ərəbistanı Yəməndən olan separatçıları mövqelərini tərk etməyə çağırıb

    27 Dekabr 2025 13:18

    Səudiyyə–BƏƏ missiyası Yəməndə əvvəlki status-kvonun bərpasını hədəfləyir

    13 Dekabr 2025 09:55

    İraq Hizbullahı və Husiləri terror təşkilatı kimi qəbul etdi

    4 Dekabr 2025 14:08
    Demo
    XƏBƏR LENTİ

    10 Fevral: Türkmənçay Faciəsi, Bağdadın Süqutu və Putinin Münhen Nitqi - Tam Xronika

    Britaniya şəhzadəsi Səudiyyə Ərəbistanına səfər edib

    Liviya sahillərində miqrantları daşıyan qayıq batıb

    "Əl-Camaa əl-İslamiyyə" partiyası rəhbəri İsrail xüsusi təyyinatlıları tərəfindən qaçırılıb

    100 min dollarlıq "Canavar": Tangier Orange Silverado təqdim edildi

    Uranın zənginləşdirilməsi sanksiyaların ləğvi müqabilində azaldıla bilər - Tehran

    Eczacıbaşı Holdingin İdarə Heyətinin sədri ilə görüş keçirilib

    Xamenei regional müharibə barədə xəbərdarlıq edib

    Prezident İlham Əliyev: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq

    Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.