Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Pezeşkian İsrailin hücumu zamanı ayağından yaralanmışdı – İran mətbuatı

    13 İyul 2025 12:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İranın “Fars” xəbər agentliyi İsrailin 15 iyun tarixində Tehrana qarşı həyata keçirdiyi hava hücumu zamanı İran Prezidenti Məsud Pezeşkian, parlament sədri və məhkəmə hakimiyyətinin rəhbərinin hədəf alındığını iddia edib.

    AzerVoice xəbər verir ki, agentliyin məlumatına görə, Pezeşkian Tehranda keçirilən İranın Ali Milli Təhlükəsizlik Şurasının iclası zamanı hücuma məruz qalıb və ayağından yüngül şəkildə yaralanıb. Hücumun məqsədinin üç yüksək vəzifəli rəsmiyə qarşı sui-qəsd olduğu bildirilib.

    Həmçinin vurğulanıb ki, iclasın keçirildiyi binanın çıxış yollarını bağlamaq üçün altı raket və ya bomba istifadə olunub. Lakin rəsmi şəxslər fövqəladə çıxış qapısından qaçmağı bacarıblar. Pezeşkianın da binadan qaçarkən yaralandığı bildirilib. Hadisə ilə bağlı İsrailə məlumat ötürülüb-ötürülmədiyini müəyyən etmək üçün casusluq araşdırması başlandığı qeyd olunub.

    Həmin hücumun Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın Beyrutda öldürülməsi ilə eyni sxem üzrə həyata keçirildiyi iddia olunub.

    Qeyd edək ki, ötən həftə amerikalı jurnalist Taker Karlsona müsahibə verən Pezeşkian, İsrailin onu öldürməyə çalışdığını təsdiqləyərək deyib: “Onlar cəhd etdilər, bəli. Müəyyən addımlar atdılar, amma uğursuz oldular. Mən iclasda idim. İclas keçirdiyimiz əraziyə zərbə endirməyə çalışdılar. Bu, İsrail idi.”

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #Tehran #Hizbullah #Həsən Nəsrullah #SEPAH #hava hücumu #Məsud Pezeşkian #sui-qəsd #Həsən Nəsrullah sui-qəsdi #İsrail hücumları #İsrail-İran münaqişəsi #İsrailin suiqəsd əməliyyatı #İran və İsrail qarşıdurması #Nətənz nüvə obyekti #Fordo nüvə obyekti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran raket proqramı üzrə danışıqlara getməyəcək - Əraqçi

    7 Fevral 2026 14:51

    İran ABŞ-la Maskat müzakirələrini dəyərləndirdi, Vaşinqton yeni sanksiyalar elan etdi

    6 Fevral 2026 21:36

    İran ABŞ-la Maskat dialoqunu müsbət qiymətləndirib

    6 Fevral 2026 20:12

    Zakir Həsənov iranlı həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

    6 Fevral 2026 16:34

    İran və Oman XİN rəhbərləri Maskatda görüşüb

    6 Fevral 2026 12:04

    İrandakı iğtişaşlar səngimir: ABŞ hökuməti vətəndaşlarını Ermənistana və Türkiyəyə yönləndirir

    6 Fevral 2026 09:47

    Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirləri nüvə danışıqları öncəsi regional sabitliyi müzakirə ediblər

    5 Fevral 2026 10:25

    Berlin-Tehran gərginliyi - İran XİN rəhbəri Mertsin İran siyasətini tənqid etdi

    5 Fevral 2026 10:16

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    İran Avropa İttifaqı ölkələrinin səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb

    3 Fevral 2026 15:34

    İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani

    3 Fevral 2026 11:52
    Demo
    XƏBƏR LENTİ

    Niyə Səudiyyə Ərəbistanı İrana qarşı eskalasiyadan imtina edir?

    İran və ABŞ arasında danışıqların yeni raundu razılaşdırıldı

    Qəzza qlobal nizamın sarsılmasının simvoluna çevrilib - Burhanəddin Duran

    MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    İordaniya Kralı II Abdullah Türkiyəyə rəsmi səfər edib

    Müəllimi güllələyən şagird həbs edildi

    Şagirdin güllələdiyi müəllim palataya köçürüldü

    Salah Səudiyyə Ərəbistanına gələrsə, Ronaldo gedə bilər

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.