Əsas səhifə » Ankara 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı seçilib

Ankara 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı seçilib

BAKI, AzerVoice

Ankara 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı seçilib.

AzerVoice xəbər verir ki, Ankara 2026-cı il üçün Türk Dünyasının Turizm Paytaxtı elan edilib.

Bu barədə AK Partiya sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr rəhbəri Kürşad Zorlu sosial media hesabında paylaşım edib.

Zorlu paylaşımında “Bu fürsətdən istifadə edərək, ilk növbədə Mədəniyyət və Turizm nazirimiz Mehmet Nuri Ersoya, Türk Dövlətlərinin Turizm nazirlərinə və Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Ömürəliyevə təşəkkür edirəm”- deyə bildirib.

“İndi 2026-cı ildə turizm sahəsində sərmayələri artıracaq layihə və fəaliyyətlərin həyata keçirilməsi vaxtıdır”, – deyə Zorlu əlavə edib. O, bu istiqamətdə görüləcək işlər barədə ətraflı məlumatın yaxın zamanda ictimaiyyətlə paylaşılacağını da qeyd edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Turizm Paytaxtı statusu üzv ölkələr arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, eyni zamanda turizm sahəsinin inkişafına dəstək məqsədi daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice