Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Küveyt xeyriyyə ianələrinə nəzarəti gücləndirdi – Yeni qanun qüvvədədir

    2 İyul 2025 11:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    Küveyt hökuməti çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı qanunda dəyişiklik edərək, bu sahədəki qanun pozuntularına görə cəzaları sərtləşdirib və hökumətə xeyriyyə sahəsindəki xaosu daha səmərəli idarə etmək üçün daha çox səlahiyyət verib. Bu addım, əsasən, çirkli pulların yuyulmasına qarşı qlobal nəzarət orqanı olan Maliyyə Fəaliyyətləri üzrə İşçi Qrupunun (FATF) tələblərindən yayınmaq məqsədi daşıyır.

    Küveytli siyasi dairələr bildirirlər ki, bu qərar yalnız FATF-dən gələn təzyiqlərlə deyil, həm də Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah tərəfindən müəyyən edilmiş geniş islahat planının bir hissəsidir. Bu plan dövlət vəsaitlərindən sui-istifadənin qarşısını almağı, maliyyə korrupsiyasına və ondan faydalanan şəxslərə – o cümlədən hakim ailə üzvlərinə qarşı mübarizəni, xeyriyyə fəaliyyətinə dövlət nəzarətini gücləndirməyi və bu sahənin ölkənin daxili və xarici siyasət strategiyalarına uyğun tənzimlənməsini nəzərdə tutur.

    Siyasi dairələr hesab edirlər ki, çirkli pulların yuyulması ilə mübarizə yalnız qərar və ya qanun dəyişikliyi ilə məhdudlaşmamalıdır. Məsələ həm də Küveytin ölkə daxilindəki islamçı qruplara göstərdiyi elastik münasibətlə bağlıdır. Bu qruplar dövlət nəzarətindən kənar şəkildə maliyyə toplayıb xərcləmə imkanı əldə etdiklərinə görə, Küveyt “Müsəlman Qardaşları”, “Əl-Qaidə” və “İŞİD” kimi xarici təşkilatların maliyyə mənbələrindən birinə çevrilmişdi.

    Səlahiyyətlilər qorxurlar ki, Küveytdəki bəzi dairələrin ölkə xaricində beynəlxalq hüquqa zidd fəaliyyətlərə xeyriyyə adı altında qatılması ölkənin imicinə və beynəlxalq münasibətlərinə zərər verə bilər.
    Son illərdə ölkədə ianə toplama prosesi nəzarətdən çıxmış, xeyli vəsait terrorizmin dəstəklənməsinə yönəldilmiş və bu da xüsusilə ABŞ tərəfindən ciddi nəzarətə səbəb olmuşdu. 2014-cü ildə ABŞ Maliyyə Nazirliyi Küveytin ədliyyə vəqflər naziri Nayif əl-Əcəmini terrorizmin maliyyələşdirilməsində ittiham etdikdən sonra hökumət onu vəzifədən azad etmişdi.

    Küveyt hökuməti bu sahədə fəaliyyət göstərən şəxslərə bir neçə dəfə xəbərdarlıq edərək, onların fəaliyyətlərinin düzgün yoldan çıxmasının ölkəyə ziyan vuracağını bildirmişdi.

    Yeni fərmanla Küveyt, nəzarət və maliyyə orqanlarının çirkli pulların yuyulması ilə qətiyyətlə mübarizə aparmasına hüquqi zəmin yaradıb və ölkənin imicini sarsıdan, şübhə doğuran hallardan qorunmaq imkanı əldə edib. Bu, həmçinin FATF-nin 2023-cü ilin oktyabr ayında verdiyi rəyə cavabdır. Həmin rəydə bildirilmişdi ki, Küveytin qanuni çərçivəsi adekvat olsa da, “effektiv nəticələrin əldə olunmasında ciddi boşluqlar mövcuddur”.

    Yeni qanuna əsasən, terrorizmin maliyyələşdirilməsi ilə bağlı qaydaları pozanlara 500 min Küveyt dinarına (1,638 milyon ABŞ dolları) qədər cərimə tətbiq ediləcək

    Paris mərkəzli FATF həmin vaxt qeyd etmişdi ki, terrorizmin maliyyələşdirilməsinə dair tədbirlərin icrasında çatışmazlıqlar var və Küveyt dərhal effektiv maliyyə sanksiyalarının tətbiqini təmin etməlidir.

    Yeni qanunda iki əsas dəyişiklik yer alıb. Birincisi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə xüsusi hökumət komitəsinə BMT Təhlükəsizlik Şurasının bu sahəyə dair qərarlarının icrası ilə bağlı səlahiyyət verilir. Bu qərarlar dərhal qüvvəyə minəcək və aktivlərin dondurulması, adların siyahıya salınması və çıxarılması və s. tədbirləri əhatə edəcək.

    İkinci dəyişiklik isə terrorizmin maliyyələşdirilməsinə qarşı qərarları pozanlara 500 min Küveyt dinarına qədər cərimə tətbiq edilməsini nəzərdə tutur.

    Maliyyə naziri Nura əl-Fisam açıqlamasında bildirib ki, bu dəyişikliklər Milli Komitəyə hədəflənmiş maliyyə sanksiyalarının tətbiqində daha geniş səlahiyyət verir və FATF tələblərinə cavab verir.

    Nazir əlavə edib ki, dəyişikliklər pozuntulara görə cərimələrin tətbiqini və yerli terror siyahısının rəsmi saytda dərc edilməsini nəzərdə tutur. Bu isə şəffaflığın artmasına və beynəlxalq standartlara cavab verilməsinə xidmət edir. O qeyd edib ki, dəyişikliklər həm də Küveytin beynəlxalq öhdəliklərinə sadiqliyini və maliyyə təhlükəsizliyinə verdiyi əhəmiyyəti göstərir.

    Son aylarda hökumət FATF tövsiyələrinə uyğun tədbirlər görüb. Bu tədbirlərə şirkət və qurumlara “əsl faydalanan şəxsin” – yəni şirkət üzərində faktiki nəzarəti həyata keçirən şəxsin – müəyyən edilməsinin məcburi edilməsi daxildir. Valyutadəyişmə məntəqələrinin nəzarəti Ticarət və Sənaye Nazirliyindən Mərkəzi Banka keçirilib və onlara qarşı sərt tələblər tətbiq olunub.

    Hökumət, ölkənin imicini qorumaq üçün, xeyriyyə məqsədli ianə yığımını iki aydan çox müddətə dayandırıb və yalnız ciddi qaydalarla bərpa edib.

    #İŞİD #İŞİD terror təşkilatı #İŞİD-Xorasan #Müsəlman Qardaşlar #HƏMAS və Müsəlman Qardaşları əlaqəsi #Müsəlman Qardaşları #HƏMAS və Müsəlman Qardaşları arasında nə əlaqə var? #Müsəlman Qardaşları İordaniya #Müsəlman Qardaşları və İordaniya hakimiyyəti arasında böhran #Müsəlman Qardaşları və Suriya #ABŞ-ın İŞİD-lə mübarizə tələbi #Küveyt çirkli pulların yuyulması #Küveyt xeyriyyə fəaliyyəti qanunları #Küveytdə terrorizmin maliyyələşdirilməsi #Küveyt maliyyə islahatları 2025 #FATF Küveyt hesabatı #Küveyt qanunvericilik sərtləşməsi #Nura əl-Fisam açıqlaması #Fəvaz əl-Xatib qanun dəyişikliyi #Küveyt ianələrin tənzimlənməsi #Küveytin beynəlxalq imici #Küveyt xeyriyyə qanunu #Küveytdə maliyyə nəzarəti #Küveyt ianə yığımına qadağa #Küveyt dini fondlar və nəzarət #Küveyt anti-korrupsiya tədbirləri #Küveytin ABŞ ilə münasibətləri #Küveytin terrorizmlə mübarizəsi #Küveyt və beynəlxalq sanksiyalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin 22 vilayətində terror əməliyyatı: 96 saxlanılan var

    3 Fevral 2026 09:24

    "İŞİD" ailələrinin düşərgəsi mühasirədə: Suriya ordusundan Əl-Hol üçün strateji qərar qəbul edildi

    30 Yanvar 2026 13:49

    DTX səfirliyə terror hücumunun qarşısını aldı

    27 Yanvar 2026 09:48

    ABŞ və İraq rəsmiləri İŞİD məhbusları və təhlükəsizlik məsələlərini müzakirə ediblər

    26 Yanvar 2026 10:44

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    24 Yanvar 2026 15:00

    İraq Avropa ölkələrini İŞİD üzvlərini geri almağa çağırıb

    24 Yanvar 2026 09:35

    Bayrağa qarşı hücum milli dəyərlərə yönəlmiş təxribatdır - Türkiyə MN

    22 Yanvar 2026 13:18

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    İstanbulda İŞİD terror qruplaşmasının maliyyə şəbəkəsinə qarşı əməliyyatda 8 nəfər saxlanılıb

    13 Yanvar 2026 10:54

    Böyük Britaniya və Fransa İŞİD-in yeraltı silah anbarlarına zərbələr endirib

    4 Yanvar 2026 10:30

    BMT bu ay terrorla bağlı hesabat təqdim edəcək

    3 Yanvar 2026 16:39

    Türkiyədə İŞİD əməliyyatı: Yalovada 26 şübhəli həbs olundu

    2 Yanvar 2026 13:18
    Demo
    XƏBƏR LENTİ

    Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub

    İran Fars körfəzində iki xarici neft tankerini saxlayıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb

    Aİ-də İsrailə qarşı sanksiyalar məsələsi gündəmdə saxlanılır

    İran müharibə yox, danışıqlar istəyir - Tramp

    Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı

    Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı görüntülər paylaşılıb

    Yanvar ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.